“Qabiliyyət imtahanlarının şərtlərində edilən dəyişikliklər xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda müsabiqə vəziyyətinin yüksəldilməsinə, yəni öz ərizələrində həmin ixtisasları göstərənlərin sayının artmasına müsbət təsir göstərəcək”.
Əvvəlki illərin məzunları, xüsusilə I, IV ixtisas qrupuna qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsində iştirak etməlidirlər. Əgər onlar bu imtahanda iştirak etməsələr, onda qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. Çünki ikinci mərhələdə iştirak etməyən abituriyent müsabiqəyə buraxılmır.
Əgər dövlət tərəfindən qazın limitinin iki dəfə artırılması və ya limitin ləğv olunması barədə qərar qəbul edilərsə, “Azəriqaz” bu qərarı icra edəcək.
Bu sözləri açıqlamasında “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev son günlər əhaliyə satılan qazın limitinin ləğv edilməsi və ya iki dəfə artırılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.
Müğənni Gülyaz Məmmədova deputat Cavanşir Feyziyevin hazırda həbsdə olan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevdən aldığı obyektin onun adına rəsmiləşdirməsində aydınlıq gətirib.