Bu gündən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır.
Bizimaz.az: Bu barədə Axar.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.