“Formula-1”ə görə bağlı olan İçərişəhərdə ötən gecə qadının doğum sancısı tutub.
Bu barədə “Sovetski sport” nəşrinə müsahibəsində Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov danışıb.
Qədim şəhər, məlum olduğu kimi, “Formula” ilə əlaqədar tamamilə bağlıdır və buna görə də ora girmək mümkün deyil.
Ancaq Arif Rəhimovun sözlərinə görə, təcili yardım maşını əraziyə daxil olub və hamilə qadını götürüb.
“Hər şey yaxşıdır. Qadın xəstəxanaya çatdırılıb və orada əkizlər dünyaya gəlib”, - icraçı direktor bildirib.