Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın geri qaytarılan əmlaklarının siyahısı məlum olub.
Azərbaycan və Türkiyə Baş prokurorları İstanbulda törədilmiş terror aktı cinayətinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Son bir neçə ay ərzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində həm müsbət, həm də milli maraqlarımızı təhdid edə bilən hadisələrin şahidi oluruq. İrəvanda istər iqtidarda olanlar, istərsə də keçmiş "Qarabağ klanı"nı təmsil edən revanşistlər "yeni müharibəyə hazırlaşmaq", "Qarabağa müstəqillik" kimi çağırışlar edirlər. Təbii ki, kapitulyasiya aktının imzalanmasından keçən iki il ərzində Ermənistanın havadarları bölgədə sabitliyin olmaması, sülhün əldə edilməməsi üçün əllərindən gələni edir, Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüququn normalarına əsaslanan 5 prinsip bazasında sülh sazişinin imzalanmasına müxtəlif əngəllər yaradırlar. İndi Ermənistanı xam xəyallara yenidən inandırmaq, əllərində maşaya çevirmək, geosiyasi oyunlarına alət etmək üçün Praqa, Brüssel, Soçi, Moskva, Vaşinqtonda saysız görüşlər təşkil edilir, özünü bölgənin əsas sahibi sayanlar hər biri "sülh sazişi" adı altında müxtəlif variantlar hazırlayır. Halbuki, sülhün əldə olunmasının çox sadə bir formulu var. Rəsmi Bakının təqdim etdiyi şərtlər daxilində qarışılıqlı anlaşmanın əldə edilməsi çox realdır. Məlum proseslərin hələ də davam etdiyi bu günlərdə Azərbaycan tarixi Zəfərinin ikinci ildönümünü qeyd etdi. Azərbaycanın incisi sayılan Şuşada Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edərək bir daha dövlətimizə qarşı məkrli planlar quranlara açıq şəkildə xəbərdarlıq etdi. Beynəlxalq birlik ağır müharibədən çıxan bir dövlətin çox qısa zaman kəsiyində işğaldan azad edilmiş 10 min kvadratkilometr ərazidə həyata keçirdiyi meqalayihələri heyranlıq və qısqanclıqla izləyir. Biz bu işləri heç kimdən yardım almadan, sadəcə, kiçik bir dövlətin böyük imkanları hesabına reallaşdırırıq. Bu səbəbdəndir ki, bölgədə çox güclü, inkişaf etmiş və qüdrətli Azərbaycanın mövcudluğu bir çoxları üçün qəbuledilməz sayılır. Ona görə də, tarixi Zəfərlə şəhidlərimizin qanı, canı bahasına dövlət və xalq olaraq yaratdığımız yeni reallıqları, sülh imkanlarını heçə endirmək üçün "erməni kartı" yenidən işə salınır. Yuxarı Qarabağ iqtisadi rayonunda separatizm meyllərinin təkrarən alovlanmasına səylər göstərilir. Prezident Şuşadakı çıxışında rus hərbiçilərinin Azərbaycan ərazisindəki mövcudluğu, həmçinin Kremlin Xankəndindəki separatçı rejimə ümid verən addımları ilə bağlı açıq şəkildə bildirdi ki, bu "niyyətlər" heç bir nəticə verməyəcək: "Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər". İranın 30 illik işğal dövründə yürütdüyü siyasət, sözdə Azərbaycana dəstək, əməldə isə bunun tam tərsini həyata keçirməsi, son bir il ərzində Ermənistanın üzərinə götürdüyü "Zəngəzur dəhlizi"nin reallaşdırılmasına qarşı çıxması, "müsəlman dövlətinin" işğalçıya qucaq açması, rəsmi Bakıya təhdidlər yağdırmasının da Azərbaycanın ali rəhbərliyi tərəfindən necə qarşılandığını Prezidentin Şuşa çıxışında gördük: "Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq...." Azərbaycan Prezidenti vurğuladı ki, müharibə iki il bundan əvvəl başa çatsa da, narahatedici məqamlar var. Bu məqamları neytrallaşdırmaq üçün isə ölkəmiz önləyici tədbirlərini davam etdirir: "Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Bu ona görədir ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq. İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!" Rəsmi Bakı İrəvana və onun havadarlarına düşünmək üçün yenidən humanizm prinsiplərini əsas tutaraq vaxt verir. Lakin qarşıda artıq ermənilərin də ümid etdiyi illərlə davam edəcək danışıqlar prosesi olmayacaq. Hər şey konkret vaxt və zaman çərçivəsində reallaşmalıdır. İlk öncə Qarabağdan erməni silahlı qüvvələri tam olaraq çıxarılmalıdır. Əks təqdirdə, Ali Baş Komandanın da dediyi kimi, "Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq". İkincisi, Zəngəzur dəhlizi məsələsidir. Bununla bağlı İrəvan və Paşinyan hökuməti nə qədər təkzib versələr də, Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir: "Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik? Görünən odur ki, İrəvan öhdəliklərinə və vədlərinə əməl etmək istəmir. Yenidən vaxtı uzatmaqla nəyəsə ümid edir, havadarlarının onu "qoruyacağı" ilə bağlı vədlərinə bel bağlayır. Lakin Bakının da səbri tükənməz deyil. Azərbaycan müharibə yox, sülh istəyir, lakin ədalətli sülh. Əgər Ermənistan xoş niyyət göstərsə, bu imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Əgər İrəvan keçmişdən dərs çıxarmayaraq yenidən öz təxribatlarına davam edərsə, üçtərəfli bəyanatlar və görüşlər zamanı üzərinə götürdüyü öhdəliklərə əməl etməzsə, onda yenidən və daha ağır məğlubiyyət alacağı qaçılmazdır. Bəylər Nəzərov, Salyan rayon I Varlı kənd tam orta məktəbin direktor əvəzi aia.az
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman təqvimdəki xüsusi günləri xalq arasında, ordumuzun əsgərləri ilə birlikdə qeyd edir. Bu dəfə də ənənəyə sadiq qalan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Zəfər Günündə Şuşada əsgərlərimizlə birlikdə oldu. Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərək bildirdi ki, 2003-cü ildən bu günə qədər atılan bütün addımlar Azərbaycanın gücləndirilməsinə yönəldilib. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada hərbçilərimiz qarşısında etdiyi çıxış ciddi mesajlarla zəngindir. Dövlətimizin başçısı Ermənistanla yanaşı, tarixi Qələbəmizi hələ də həzm edə bilməyən xarici dairələrə, o cümlədən Ermənistana açıq-aşkar himayədarlıq edən ölkələrə elə konkret mesajlar ünvanladı ki, onlar öz kəsərinə görə Vətən müharibəsindəki Dəmir Yumruğun sərt üzünü bir daha xatırlatmış oldu. Azərbaycan Prezidentinin Şuşadakı çıxışı və verdiyi mesajlar cəmiyyətimiz tərəfindən ona görə təqdir olunur ki, bu mesajların hər biri xalqımızın qəlbindən keçənlərlə və ictimai dəyərləndirmələrlə eynilik təşkil edir. Dövlətimizin başçısının qətiyyətli mövqeyinin arxasında, heç şübhəsiz ki, siyasi iradə və Qələbə amili ilə yanaşı, həm də bu cür inamlı mövqenin xalqımız tərəfindən yekdilliklə dəstəklənməsi amili, bu amilin söykəndiyi xalq-iqtidar birliyi dayanır. “Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik”. Ermənistanın işğalçı siyasətinin nəinki Azərbaycana, bütövlükdə müsəlman aləminə qarşı yönəldiyini qeyd edən dövlətimizin başçısı, Azərbaycanın İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazanmasının ədalətin Zəfəri ilə yanaşı Ermənistanın ifşası baxımından da böyük rol oynadığını diqqətə çatdırdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu təkbaşına BMT Qətnamələrini və ədaləti bərpa etməklə yanaşı, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətini də ifşa etmiş oldu. Prezident İlham Əliyev Azərbaycan Ordusunun peşəkarlığını, qəhrəmanlığını qeyd edərək, heç kimin Azərbaycanı qorxuda bilməyəcəyini bütün dünyanın, xüsusən də sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlərin diqqətinə çatdırdı. Dövlət başçısı İlham Əliyevin çıxışı tarixi Zəfərimizin reallıqlarının bir daha Şuşadan dünyaya təqdimatı oldu. Azərbaycan Ordusunun gücündən, qüdrətindən, döyüş ruhundan bəhs edən Müzəffər Ali Baş Komandan iki ilə yaxın müddətdə tikilib istifadəyə verilən Zəfər yolu ilə Şuşaya yaxınlaşanda hərbçilərimizin qəhərəmanlığının, şücaətinin şahidi olduğumuzu bildirdi. Çünki bu yol Azərbaycan əsgərini Qarabağın tacı Şuşaya aparırdı. O zaman hərbçilərimiz dağlardan, cığırlardan bu məsafəni qət edərək Şuşaya yaxınlaşmışdılar. Dastana çevrilən Şuşa əməliyyatı bu gün dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində müzakirə edilir, təhlillər aparılır. Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq mədəniyyət paytaxtımız olan Şuşanı işğalçılardan azad etdilər. Artıq bu gün Zəfər yolu hər kəsi Şuşaya qovuşduraraq daim Vətən oğullarının qəhrəmanlığını xatırlamağa çağırışlar edir. Füzuli-Şuşa yolunun Zəfər yolu kimi dəyərləndirilməsinin rəmzi mənası vardır. Qələbəmizin carçısı olan bu yolun təməli dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən 6 gün sonra, 16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. Ötən ilin noyabrında isə Zəfər yolu istifadəyə verildi. Zəfərimizə gedən yolun təhlili, həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı şərtləndirən amillərin təhlili əsasında bu ümumiləşdirməni aparmaq olar ki, Azərbaycan təkcə ərazi bütövlüyünü yox, milli qürurumuzu bərpa etdi. Ermənistana tarixdə unuda bilməyəcəyi dərsi verdi. Hazırkı dövrdə əsas məsələ sülh müqaviləsinin imzalanmasını tezləşdirməklə bölgəyə yeni ab-hava gətirmək, əməkdaşlıq formatlarının yaradılmasına yol açmaqdır. Bunun üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks halda, “Qisas”, “Qətiyyətli cavab” əməliyyatları davamlı olacaq. Həcər Əliyeva, Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi aia.az