Prezident İlham Əliyev Xalid Əhədovla bağlı Sərəncam imzalayıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Sərəncamla Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü X.Əhədov ölkədə iqtisadi təhsil alandan sonra Avropada oxuyub. Müxtəlif illərdə Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarda yüksək vəzifələrdə çalışıb. O, keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.