Xəbər lenti

Milli Məclisin iclası BAŞLAYIB

Milli Məclisin növbəti plenar iclası keçirilir.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə 21 məsələ daxil edilib.

 

Bunlar aşağıdakılardır:

 

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş).

 

2. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

5. Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

10. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

11. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

13. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

14. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

16. “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

18. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

 

20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 

21. “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

 
Kamaləddin Qafarov: “Prezidentimz  Azərbaycanın sülhsevər  siyasətini  bir daha nümayiş etdirdi”

“Prezident İlham Əliyevin cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin, həmin qələbədən sonrakı quruculuq işlərinin siyasi yekunu kimi uzun müddət müzakirə ediləcəkdir”.

Bu fikirləri mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləyib.


Millət vəkili bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib, 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin düşüb. “Cənab Prezidentin qeyd etdiyi kimi “İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”. Təəssüfləndirici hal odur ki, Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Və bu zaman yenidən sanki erməni havadarları yuxudan ayıldılar. Dərhal bəyanatlar, hədə-qorxular səslənməyə başladı. Lakin bütün bunlar bu gün Azərbaycanın öz suverenliyi uğrunda haqq mübarizəsini dayandırmaq gücündə deyildir. Artıq Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyildir. Onun güclü ordusu, qətiyyətli rəhbəri var və bu mübarizə sonadək davam edəcəkdir”.

Millət vəkili deyib: “Bizim bircə məqsədimiz, bircə tələbimiz var: dünyada və regionda sülh olsun, əraziliərimizdə olan qanunsuz hərbi birləşmələr təcili şəkildə çıxarılsın. Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.Hər bir halda Azərbaycanın təkilifi, hətta ermənilərin özlərinin də etiraf etdiyi kimi, ədalətlidir. Bizim heç kimin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, Ermənistan adlı ərazinin özü belə tarixi Azərbaycan torpaqlarıdır. Buna rəğmən biz tarixi reallıqları qəbul edir, beynəlxalq aləm tərəfindən qəbul edilmiş sərhədlərin dəyişdirilməsi tələbi ilə çıxış etmirik”.

K.Qafarov qeyd etmişdir ki, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi, təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Bu dəhlizin yaradılması təkcə Azərbaycanın deyil, həm region dövlətlərinin, həm də daha uzaq dövlətlərin maraqlarına xidmət edir və beynəlxalq tranzitin inkişafına mühüm töhfə verəcəkdir. Göründüyü kimi, bizim dövlət başçısının çıxışında irəli sürdüyü təkliflər dünyanin iqtisadi əlaqələrinin inkişafına hesablanıb. Mənfur qonşularımızdan fərqli olaraq, bizim dövlətin rəhbərliyi inkişafdan, sülhdən, qarşılıqlı etimaddan yanadır.”

Millət vəkili qeyd etmişdir ki, ölkə başçısının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı birmənalı olaraq Azərbaycan reallıqlarını beynəlxalq aləmə çatdırmağa hesablanmışdır. “Cənab Prezident bu çıxışı ilə Azərbaycanın sülhsevər siyasətini, barış mövqeyini bir daha ifadə etmiş oldu. Bu gün Qarabağdakı abadlıq-quruculuq işləri bu torpağın əsl sahiblərinin kim olduğunu bir daha sübut edir. Cənab Prezidentin birbaşa rəhbərliyi ilə bu torpaqlara “Böyük Qayıdış” adlanan proqram reallaşmağa başlayıb. Minalardan təmizlənmə ilə paralel indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesi başlanıb. Azərbaycan xalqı müharibə zamanı olduğu kimi, öz rəhbərinin qətiyyətinə inanır, onun başladığı hər bir işə öz dəstəyini əsirgəmir. Əminik ki, Qarabağ tezliklə yenidən canlanacaq və Azərbaycanın ən güclü iqtisadi rayonlarından birinə çevriləcəkdir”.

Prezident İlham Əliyev: Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar

Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar. Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşündə bildirib.

“İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində daha çox canlanmanı görəcəyik. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var”, - deyə dövlətimizin başçısı qeyd edib.

Hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən birinin enerji təhlükəsizliyi olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Biz nümayəndələrimiz vasitəsilə artıq bu məsələlər üzərində iş aparmışıq. Sözsüz ki, cari vəziyyəti və həmin sahələrdə əməkdaşlığın başlanması üçün hansı işlərin görüləcəyini də müzakirə edəcəyik. Bir çox digər sahələr də var və inanıram ki, ikitərəfli gündəliyimizin genişləndirilməsi üçün böyük imkanlar olacaqdır. Təbii ki, çox güclü siyasi münasibətləri nəzərə alsaq, onlar olmalıdır”.

Gununxeberi.az 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov