Xəbər lenti

Aksiyada vəziyyət nə yerdədir?
 

Xankəndi-Laçın yolunda dinc şəkildə təşkil olunan aksiyanın 24-cü günü gecə saatlarında da sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

Ardını oxu...


Prezidentdən dövlət qulluğu ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Ardını oxu...



"Rusiya sülhməramlı kontingentinin tənqidi qəbuledilməzdir, Moskva vəziyyəti yaxşılaşdırmağa çalışır".
 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən bildirib.

 "Rusiyanın, eləcə də sülhməramlı kontingentin tənqid olunmasına gəlincə, hesab edirəm ki, indiki vəziyyətdə bu, yolverilməzdir. Biz dəfələrlə demişik ki, Rusiya sülhməramlıları vəziyyətin yerində nizamlanması üçün əlindən gələni edir. Heç bir ictimai hücum işin həllinə kömək etmir”, - o söyləyib.
 
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bəyan etmişdi ki, Rusiya Qarabağda sabitliyi və təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə BMT Təhlükəsizlik Şurasının mandatının verilməsi məsələsinin müzakirəsinə və ya oraya əlavə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsinə təşəbbüs göstərməlidir.
 
KİV-in xahişi ilə bu bəyanatı şərh edən M.Zaxarova deyib: "Sülhməramlı kontingent olmasa, kimsə məsuliyyətlə deyə bilərmi ki, nə yaxşı olardı? Məncə, cavab göz qabağındadır. Ona görə də istənilən qədər effektivliyin artırılması zərurəti və başqa şeylər haqqında danışmaq olar. Bir daha təkrar edirəm ki, hamı bu vəziyyətin həlli üzərində işləyir. Amma belə məsələləri demək və bəyan etmək, mənə elə gəlir, sadəcə olaraq, mövcud reallıqları başa düşməməkdir”.
 
///Report

DTX-nin səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında Fərman imzalayıb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov