![]() |
BMT Təhlükəsizlik Şurası ABŞ-nin Ukrayna ilə bağlı təklif etdiyi bitərəf qətnaməyə səs verəcək.
“Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində yazıb.
Onun sözlərinə görə, məqalədə peşəkar fakt yoxlanışı yoxdur, spekulyasiya və şayiələrlə doludur:
“Jurnalistikanın və medianın Avropa standartlarının belə aşağı səviyyəyə enməsi ən azı utancvericidir. Avropa İttifaqı mediada yayılan qlobal dezinformasiyaya xüsusilə həssasdır və narahatdır. Bu başa düşüləndir! Bəs Avropa mediası başqaları haqqında saxta xəbərlər və yalanlar yaydıqda reaksiya necə olur?
Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür.
Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək.
“Politico”nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqalənin geri çəkilməsini tələb edirik!”.
“Sizin Avropa İttifaqını “bağ”, dünyanın qalan hissəsini isə “cəngəllik” kimi təsvir etməyiniz təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün “biz və barbarlar” hekayəsindən başqa heç nəyi xatırlatmır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatlarına cavab olaraq “X” hesabında yazıb.
Dövlət rəsmisi bildirib ki, iqlim dəyişikliyindən ən çox inkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları əziyyət çəkir.
“Lakin özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur. COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir. Aİ-yə üzvlük neo/müstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv-ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var.
Azərbaycan COP29-un təşkilatçısı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Lakin EEAS-ın Avropa İttifaqına üzv ölkələrə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi tamamilə qəbuledilməzdir.
Eyni qaydada bəzi Aİ ölkələri diplomatik kanallarından istifadə edərək digər ölkələri COP29-da iştirakdan çəkindirməyə çalışıb. Bunu etməklə siz COP prosesini pozmağa çalışırdınız. Lakin bütün bu cəhdlər uğursuz oldu. COP-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. 70000-dən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istəyirəm ki, COP prosesi BMT-yə və dünyaya məxsusdur”.
Hikmət Hacıyev bildirib ki, bütün bu səmərəsiz hücumlara baxmayaraq, Azərbaycan COP29-un təşkilatçısı və sədri kimi COP-un inklüzivliyini təmin etmək üçün əlindən gələni etməyə və qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olmaq məqsədilə tərəflərlə konstruktiv şəkildə işləməyə davam edəcək.
Məlumdur ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası adlı beynəlxalq tədbir keçirilir. Rəsmi məlumatlara görə, tədbirdə iştirak etmək üçün 67 min nəfər qeydiyyatdan keçib. Onların arasında prezidentlər, vitse-prezident və baş nazirlər var.
Bəs görəsən, COP29 Azərbaycana nələr qazandıra biləcək?
Mövzu ilə bağlı deputat Müşfiq Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində COP ilk dəfə bir türk dövlətində keçirilir.
Onun sözlərinə görə, COP29 həm də Azərbaycan reallıqlarının beynəlxalq aləmə əyani nümayişi baxımdan da əhəmiyyətli olacaq:
"Tədbirin açılışında çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın ixrac bazarlarına diqqət yetirdiyini və öz tərəfdaşları ilə birgə mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirməyə çalışdığını bildirib. Azərbaycan bu mühüm tədbirə layiqincə hazırlaşıb. COP29-un keçirildiyi məkan mükəmməl səviyyədə görünür, sürət və keyfiyyət çox gözəl təmin olunmaqdadır. Hazırda müşahidə olunan iqlim dəyişikliyi təkcə təbiətə və infrastruktura deyil, həm də bəşəriyyətə ciddi ziyan vurur. Bu iqlim dəyişikliyi isə bütün dünyada baş verir. Demək olar ki, bundan bütün ölkələr müxtəlif dərəcələrdə təsirlənir. Qlobal iqlim problemləri əvvəlki illərlə müqayisə üç qat artıb. Bu, bütün bəşəriyyət üçün çoxsaylı mənfi nəticə yaradır, ərzaq təhlükəsizliyini, insanların sağlamlığını və rifahını təhdid edir".
M. Cəfərov hesab edir ki, əslində beynəlxalq tərəfdaşlarımızın da 29-cu iqlim sessiyasından gözləntiləri böyükdür.
"Belə ki, son 10 ildə müsbət nəticə əldə edilməyən maliyyə probleminin həlli Bakıda təşkil olunan tədbirdən gözlənilir. Sözsüz ki, bu, çətin danışıqlardır və COP29-da məsələnin həllinə böyük ümid bəslənilir. Onu da qeyd edim ki, cənab prezidentin COP29-un açılış mərasimindəki cəsarətli və milli maraqları tam ifadə edən çıxışı hələ uzun illər beynəlxalq mediada müzakirə olunacaq. Dövlət başçısı İlham Əliyevin BMT-nin qətnamələrinin Azərbaycan Ordusu tərəfindən reallaşdırmasından və 30 illik müharibə şəraiti zamanında, dövlətimizin inkişaf yolundan bəhs edərkən, yalançı və riyakar Qərb mediasından və bəzi qurumların ikili standartlar tətbiq etməsindən bəhs etməsiylə bir çox suallara aydınlıq gətirmiş oldu", - deyə müsahibimiz vurğulayıb.
Gülşən Şərif
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başlayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı Azərbaycanın xarici siyasətdə yeni kursunu da elan etdi: Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq.
Bakı nə Qərb, nə Rusiya xəttini seçir, əksinə, bu iki qütb arasında manevr imkanlarını genişləndirmək və daha güclü mövqe tutmaq üçün öz cəbhəsini qurur. Bu prosesdə TDT və QH xüsusilə önəmli təşkilatlardır. Azərbaycan ərazi baxımdan kiçik olsa da, Bakının bu iki təşkilatda aktiv rol oynadığı, hətta bu təşkilatların siyasi xəttinə yön verdiyi bəllidir:
- Türk dünyasının dərin inteqrasiyasında Ankara ilə birlikdə ciddi missiyanı üzərinə götürüb: TDT-nin beynəlxalq təşkilata çevrilməsi istiqamətində iş aparılır;
- Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun güclənməsi istiqamətində addımlar atıb, xüsusilə pandemiya dövründə buna nail oldu, o cümlədən, bu hərəkat üzərində Afrikada Fransanın müstəmləkə siyasətinə qarşı müqavimətin formalaşmasına çalışır.
Hər iki təşkilat və bu təşkilatların əhatə etdiyi coğrafiya köhnə cəbhələr qarşısında yeni güc olaraq meydana çıxır. Azərbaycan da köhnə cəbhələrdən birindən yana olmaqla riskli mübarizəyə qoşulmaqdan imtina edir, yeni gücün meydana çıxdığı coğrafiyada aparıcı rol oynamaq xəttini seçir. Bununla həm köhnə cəbhələr arasından seçim etmək riskindən sığortalanır, həm də onlara qarşı müqavimətini gücləndirir.
Əliyevin çıxışından aydın olur ki, Azərbaycan yeni dövrdə Qərb və Rusiya cəbhəsi arasında məsafəli siyasəti davam etdirəcək, əsas əməkdaşlığı TDT, QH və İƏT ölkələri ilə quracaq. Beynəlxalq müstəvidə Azərbaycanı ən vacib məqamlarda dəstəkləyən ölkələr də TDT, QH və İƏT üzvləri olub.
Burada iki məqam da xüsusilə önəmlidir:
Birincisi, TDT-nin orta dəhliz coğrafiyasında yeni geosiyasi gücə çevrilmə potensialını nəzərə alsaq, Azərbaycan bu təşkilatın çətiri altında qlobal siyasətdə aktiv iştirak imkanı əldə edir;
İkincisi, Azərbaycanın QH və İƏT üzərindən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasına qoşulmaq perspektivi mümkündür, Əliyev bir müddət öncə bu məsələni gündəmə gətirmişdi: BMT TŞ-nin yeni üzvləri olmalı və bu daimi üzvlərdən birini İslam Əməkdaşlıq Təşkilatı, digərini Qoşulmama Hərəkatı öz üzvləri arasından müəyyən etməli, veto hüququ qalacaqsa, yeni iki üzvə də veto hüququ verilməlidir; istisna deyil ki, bu məsələ perspektivdə daha ciddi şəkildə aktuallaşa bilər, xüsusilə dünyanın yeni siyasi sisteminin formalaşması fonunda; Bakının xarici siyasi kursunda bu siyasi coğrafiyaya ağırlıq verməsi həm də Azərbaycanın önündə belə perspektivləri də aça bilər.
Zaur Nurullayevin şəhadətə ucaldığı gündən 20 il ötməsinə baxmayaraq şəhid anası Zəhra Nurullayeva hələ də oğlu haqqında danışarkən qəhərlənməyə bilmir.
“ Bizimaz.az ” xəbər verir ki, 30 ildən sonra yalnız müzəffər Azərbaycan ordusunun qazandığı Zəfər Nurullayevanın yarasına məlhəm olub.
SOCAR “Azəriqaz” İB isə şəhid anasının qayğılarına dərman olmağa çalışıb. Daha dəqiq Zəhra Nurullayevanın Birliyə ünvanladığı müraciəti qısa zaman kəsiyində həll olunub.
Şəhid ailəsinin Lənkəran rayonu, Şağlaser kəndində yerləşən fərdi yaşayış evi qaz xətti çəkilərək mavi yanacaqla təmin olunub.