Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov işdən çıxıb.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşıb.
"4 il işlədiyim kollektivdən - Dövlət Miqrasiya Xidmətindən ayrılmaq məcburiyyətindəyəm. Bu müddət ərzində rəhbərlik etdiyim idarənin fəaliyyətini diqqətdə saxlayan, ideyaların reallaşdırılmasına vəsilə olan, hörmətini qazana bildiyim rəhbərliyə gələcəkdə də peşəkar əməkdaşlığımıza zəmin yaratdığına görə dərin təşəkkürümü bildirirəm", - deyə E.Kələntərov qeyd edib.