Xəbər lenti

Eltun Süleymanov: “Azərbaycan və Gürcüstan əməkdaşlıq əlaqələrini dərinləşdirməlidirlər”

“Azərbaycanlılar və gürcülər tarixən qonşu xalqlar olaraq hər zaman səmimi dostluq münasibətləri saxlayıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində dövlətimizin başçısına Mçxeta rayonundakı Muxrani sarayında yaradılmış “Qarabağ xanlığının irsi” sərgisinin təqdim edilməsi isə ölkələrimiz arasında əlaqələrin də məhz bu dostluq münasibətləri əsasında qurulduğunun daha bir təsdiqidir.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, Prezident İlham Əliyevin Gürcüstana bu səfəri ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına yeni təkan verəcək: “Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvilinin mətbuata verdikləri bəyanatlarda da bu fakt öz təsdiqini bir daha tapıb. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, ölkələrimiz arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Bu gün isə strateji tərəfdaşlıq əlaqələrimiz artıq müttəfiqlik səviyyəsinə qalxıbdır. Azərbaycan və Gürcüstan arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir birini dəstəkləyirlər. Azərbaycan-Gürcüstan əməkdaşlığı regional əhəmiyyət kəsb etməklə, bir çox icra olunan birgə layihələr həm də təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr ölkələrimiz arasındakı əməkdaşlığı daha da gücləndirir. Qeyd edildiyi kimi, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Aydındır ki, ölkələrimiz arasındakı əməkdaşlığın ən vacib strateji istiqamətlərindən biri də enerji sahəsindəki əməkdaşlıqdır. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumun müddəalarına əsasən növbəti 5 ildə Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artıracağı nəzərdə tutulur. Eyni zamanda da gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq.”

Daha sonra Prezident İlham Əliyevin oktyabrın 6-da Praqaya səfəri zamanı “Avropa siyasi birliyi” Zirvə Toplantısında Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə irəli sürdüyü təşəbbüsün əhəmiyyətini qeyd edən E.Süleymanov bu təklifin bütün region üçün gözəl perspektivlər vəd etdiyini vurğulayıb: “Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında ilk növbədə insan amilinin durduğu heç kim üçün sirr deyil. Həm dövlət başçımızın humanistliyi heç də yalnız Azərbaycan vətəndaşlarına münasibətdə özünü göstərmir. Azərbaycan Prezidentinin bütün təşəbbüslərində hər zaman region ölkələrinin və qonşu dövlətlərin də xalqlarının maraqları nəzərə alınır. Bu baxımdan cənab Prezident İlham Əliyevin Praqada irəli sürdüyü Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə təşəbbüs də bütün region üçün həyati əhəmiyyət kəsb edir. Təbii ki, bunun üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan xoş məramını nümayiş etdirərək beş əsas prinsipdən ibarət təkliflərini Ermənistan tərəfinə təqdim edib. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün yeni və əlverişli imkanlar yaranacaqdır. Dövlət başçımızın dediyi kimi, əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.

Prezident sərəncam imzaladı
 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında Sərəncam imzalayıb.

Ardını oxu...

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi
 

10:46

Bu gün AMEA-da prezident seçkiləri keçiriləcək.

Bizimaz.az"Qafqazinfo"-a istinadən  xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.

Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib.Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.

Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib. 

***

Seçkinin qapalı keçiriləcəyi gözlənilir.

***

Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiqlənib.

***

12:34

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

Qeyd edək ki, 73 yaşlı İsa Həbibəyli buna qədər AMEA-nın vitse-prezidenti olub

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov