Əziz qardaş və bacılarım, bugünkü görüşə görə hər birinizə öz dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, varsınız. Son 15 ildə mənə böyük mənəvi dəstək vermisiniz. Bunu heç bir zaman unutmaram. Hər birinizlə fəxr edirəm. Məni tanıyanlar bilirlər ki, millət vəkili kimi 15 ildə seçicilərimə layiq olmağa çalışmışam. Yenidən seçilərəmsə, yenə də layiq olmağa çalışacam. Çünki dövlətimin əsgəriyəm. Bundan sonra vətənə xidmətim davam edəcək. Yaşasın şanlı və qüdrətli Azərbaycanımız!