“Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə "Respublika Gənclər Debat Forumu: Yaz, 2022" layihəsi çərçivəsində keçirilən “Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib.
“Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda keçirilən Forum çərçivəsində yaz mövsümü təlimlərində 400-dən çox gənc, debatlarda isə 48 komanda olmaqla 144 gənc, 11 hakim iştirak edib və maariflənib.
“Gəncə Gənclər Debat Forumu: Yaz, 2022”nin final mərhələsində Gəncə Gənclər Evinin debat klubunun “Night of fire” və ADAU debat klubunun “Larissa” komandaları debat aparıblar.
Tədbirin sonunda isə ən yaxşı natiqlər və qalib “Larissa” (ADAU) komandası mükafatlandırılıb.