![]() |
Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Hacıyev Niyazi Xanbaba oğlu – general-leytenant
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Orucov Xanbala Tubail oğlu – general-mayor
“Vətən uğrunda” medalı ilə
Səfərov İdris Məmməd oğlu – general-mayor
Abdullayev Ruslan Ağasalah oğlu – polkovnik
Mayılov Şahin Səfi oğlu – polkovnik
Quliyev Elbrus Cahangir oğlu – polkovnik
Quliyev Qalib Cəmil oğlu – polkovnik
Bağırov Üzeyir Cahangir oğlu – polkovnik-leytenant
Əliyev Vüsal Bünyabün oğlu – baş leytenant
“İgidliyə görə” medalı ilə
Xudiyev Aydın Qurban oğlu – polkovnik
Əsədov Mircavad Ağamir oğlu – polkovnik-leytenant
Rəhimov Qəhrəman Sədrəddin oğlu – polkovnik-leytenant
Əliələkbərov Mirsahib Mirsəfər oğlu – mayor
Məmmədov Ramil Ramiz oğlu – mayor
Tağıyev Elmar Elman oğlu – mayor
Musayev Elçin Mirzağa oğlu – kapitan
Məhərrəmov Beybala Zamir oğlu – baş leytenant
“Hərbi xidmətlərə görə” medalı ilə
Eyyubov Roman İslam oğlu – polkovnik
Əlicanlı Narid Eldar oğlu – polkovnik
Əliyev Aydın Abbas oğlu – polkovnik
Fətullayev İntiqam Davud oğlu – polkovnik
Pənahov Əli Həsən oğlu – polkovnik
Dadaşov Naib Neymət oğlu – polkovnik-leytenant
Əsgərov Fərid Qeys oğlu – polkovnik-leytenant
İsayeva Günay Zakir qızı – polkovnik-leytenant
Mikayılov Vüqar Mahmud oğlu – polkovnik-leytenant
Cəbrayılov Elman Talıb oğlu – mayor
İsmayılov Emin Allahverən oğlu – mayor
Lətifov Seymur İkram oğlu – mayor
Məmmədov Mübarək Əli oğlu – mayor
Orucov Elçin Ziyəddin oğlu – mayor
Paşayeva Könül Çırağqulu qızı – mayor
Rüstəmova Gilə Vidadi qızı – mayor
Şiriyev Rauf Hacıhəsən oğlu – mayor
Əliyev Ramil Sübhan oğlu – kapitan
İbrahimov Tural Cəbrayıl oğlu – kapitan
Məhərrəmov Yunis Məhəmməd oğlu – kapitan
Orucov Nahid Nizami oğlu – kapitan
Ağayeva Aygün Vaqif qızı – tibb xidməti kapitanı
İsmayılov Emin Elman oğlu – tibb xidməti baş leytenantı
Əliyev Ceyhun Kifayət oğlu – baş leytenant
İsrafilzadə Əlvan Kamran oğlu – baş leytenant
Qasımov Samir Dünyamalı oğlu – baş leytenant
Vəliyev Musa Valeh oğlu – baş leytenant
Məmmədova Gülnarə Arif qızı – baş gizir
İmanova Fərəh Həbibulla qızı – gizir.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarımızın təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız! Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.
Zabux və Sus kəndlərində, eləcə də Laçının mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib.
Bu barədə Haqqın.az məlumat yayıb.
“Kavkazskiy uzel” nəşri yazır ki, “Laçın administrasiyası” adlanan qurum ermənilərə avqustun 20-dək yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Əmlakını vaxtında daşımağa vaxt tapmayan ailələrə əlavə 5 gün, yəni avqustun 25-dək vaxt verilib. Həmçinin bildirilir ki, erməni sakinlərinin tərk etməli olduqları bütün yaşayış məntəqələrinin artıq elektrik enerjisi və rabitə xətti kəsilib.
44 günlük müharibədən sonra Sus kəndində dörd və ya beş ailə qalıb, onlar da artıq kəndi tərk ediblər, əhalinin 90 faizi Laçını və Zabux kəndini tərk edib. Laçından üç, Zabuxdan isə beş ailə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində qalmağa qərar veriblər – onların Xankəndidə yerləşdiriləcəklərinə söz verilib.
Özünü “Laçın administrasiyası”nın rəhbəri kimi təqdim edən Muşeq Alaverdyan avqustun 25-dək şəhərin Azərbaycanın nəzarətinə veriləcəyini bildirib. Onun “həmkarı” özünü “Zabux kənd administrasiyasının” başçısı adlandıran Andranik Çauşyan isə bildirib ki, artıq ailəsini köçürdüyü Xankəndində müvəqqəti məskunlaşmaq niyyətindədir: “Hazırda Zabuxda cəmi 30 nəfər qalıb, hamı əşyaların daşınması ilə məşğuldur”.
Laçındakı mağazalardan birinin sahibi Aida Balikyan etiraf edib ki, işğal illərində burada məskunlaşıb: “Ermənistan hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”.
Yeri gəlmişkən, İtaliyanın tag43.it portalı yazır ki, Qarabağda Rusiya sülhməramlıları ilə bağlı narazılıqlar son toqquşmalardan sonra xüsusilə artıb.
“44 günlük müharibədən sonra ermənilər bu yerlərə qayıtdılar, çünki ruslar onların təhlükəsizliyinə zəmanət verdi. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirməlidirlər. Hər şey belə davam edərsə, o zaman bu ərazidə beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edəcəyik”, – deyə Xankəndi sakini bildirib.
Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.
Nazirlər Kabineti “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 3 mart 1992-ci il tarixli qərarında dəyişiklik edib.
“Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram”.