Xəbər lenti



“Yeddi rayonu Azərbaycana təhvil versəydim, minlərlə həyatı xilas etmiş olardım”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib.

 

O qeyd edib ki, bunu etmədiyi üçün minlərlə itkiyə səbəb olan qərarların müəllifi olub:

“Bu gün beynəlxaq ictimaiyyət bizə açıq şəkildə deyir ki, Türkiyənin mütəffiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq Ermənistan üçün böyük təhlükədir”.

Paşinyan çıxışında 44 günlük müharibədəki itkilərindən də danışıb. Onun sözlərinə görə, müharibə zamanı Ermənistan tərəfindən ümumilikdə 3825 nəfər ölüb.


Rüstəm Nağıyev: “Ermənistan Azərbaycanın heç bir planını pozmaq iqtidarında deyil”

Postmüharibə dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışarkən, əlbəttə ki, ölkəmizin beynəlxalq təşkilatlarla təmasları və fəal əməkdaşlığı xüsusi qeyd olunmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev aprelin 12-də keçirilmiş və bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışında bu məsələyə xüsusi diqqət yetirərək bildirib ki, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul edilməsi Azərbaycanın böyük uğurudur. Əlbəttə ki, bu baxımdan BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi çox əlamətdar hadisə idi. Bu, bir daha sübut edir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Həmçinin etriaf olunmalıdır ki, ölkəmiz BMT-yə üzv olandan sonra işğal dövründə BMT və qurumun Təhlükəsizlik Şurası Azrbaycanın xeyrinə bir neçə ədalətli qərarlar qəbul etmişdilər. Lakin bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qaldı. Nəhayət Azərbaycan Qarabağ münaqişəsini öz gücünə, birtərəfli qaydada həll etdikdən sonra BMT-nin də üzərindən böyük bir məsuliyyət götürüldü. Yeri gəlmişkən, Şuşada keçirilən bu tədbirin önəmini vurğulayan maraqlı məqamlardan biri də bu beynəlxalq tədbirin Ermənistanda kütləvi isterikaya səbəb olması idi. Dövlət başçısının qeyd etdiyi kimi, postmüharibə dövründə Azərbaycanın Avropa İttifaqı ilə təmasları daha intensiv xarakter almışdır. Aİ birmənalı olaraq postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq qəbul olunmuş yekun sənəddə “Dağlıq Qarabağ” adı və “münaqişə” sözü yoxdur. Çünki Azərbaycan birmənalı olaraq bəyan edib ki, münaqişə artıq həll olunub və Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Bu gün artıq demək olar ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə yaxından məşğuldur və həqiqətən də bu normallaşmada maraqlıdır.Bu normallaşmaya doğruilk addımın atılması üçün Azərbaycan 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və Cənubi Qafqazda davamlı sülhün və stabilliyin bərqərar olması üçün əsas vacib şərtdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, 2021-ci il ölkəmizin həyatında son dərəcə əlamətdar bir il olmuşdur. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanması keşən il Azərbaycanın qarşısında duran iki əsas məsələdən biri idi. Digər vacib məsələ isə beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirməkdən ibarət idi. Bu gün hər iki istiqamət üzrə müsbət nəticələr əldə olunub, Azərbaycan qarşısına qoyduğu vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirib. O cümlədən, BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına hazırda Azərbaycanın sədrlik etməsi də ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Bundan başqa İslam Əməkdaşlıq Təşkilatının işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etməsini də vurğulamaq lazımdır. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha Azərbaycan mövqeyini dəstəkləyən bir neçə qətnamə, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul edildi.

Vacib məqamlardan biri də budur ki, 12 aprel müşavirəsində Prezident İlham Əliyev bir da Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunub və öz qəti mövqeyini birmənalı şəkildə ifadə edib. Dövlətimizin başçısı bildirib ki, Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. Eyni zamanda İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Beləliklə, Azərbaycanın Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planları vaxtlı-vaxtında yerinə yetirilib. 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Ermənistan Azərbaycanın planlarını əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən keçid verilməsə, bu, 10 noyabr Bəyannaməsini pozulması olacaq. Əgər Ermənistan öz öhdəliyini yerinə yetirmək istəməsə, bu zaman Azərbaycan da hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacaq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri



"Görün, işğal altında qalan su anbarları nə qədər idi. Xudafərin - 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd – bax, bu su anbarları işğal altında idi".

Lent.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

"İndi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri. Onu da bildirməliyəm ki, Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur. Çünki sovet vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilan, ya da Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur və bu kanalların inşası bizə imkan verəcək ki, yaxın zamanlarda 10 min hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki, bütün bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya edilməlidir", - dövlət başçısı vurğulayıb.



Qurban Osman oğlu Qurbanov "Şöhrət” ordeni ilə təltif edilib.
 
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
O, Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə təltif olunub.


"Postmünaqişə dövrünün nəticələri, birinci ilin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir".
 
AZXEBER.COM xəbər verir ki, bBbirinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
 
"Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər", - dövlət başçısı vurğulayıb.


Litva Prezidenti Gitanas Nauseda yaxın zamanlarda Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Nauseda öz rəsmi tviter hesabında paylaşıb.

 

Səfərin tarixi və məqsədi barədə məlumat verilməyib.

***

Polşa, Latviya, Litva və Estoniya Prezidentləri qatarla Kiyevə yola düşüblər.

Onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər. Görüşdə Ukraynanın Avropa İttifaqına daxil olması, NATO-nun şərq cinahının gücləndirilməsi və Rusiyaya qarşı sanksiyalar müzakirə olunacaq.

Həmçinin oxuyun: Bakıda “kriminal avtoritet” üçün pul yığanlar tutuldu

 

 
 


Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiq edilib.

 

Bununla bağlı bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın üzvləri siyahısına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri də əlavə olunub. Bununla da AQTA sədrinə yeni səlahiyyət verilib.

Qeyd edək ki, AQTA sədri Qoşqar Təhməzlidir.



“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələni təqdim edərkən Elman Rüstəmova təşəkkür etməli idi. Çünki o, uzun müddət ölkənin bank sektorunun rəhbəri vəzifəsində işləyib”.

Oxu.Az bildirir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

 

Siyavuş Novruzov təklif edib ki, Azərbaycanda kreditlər birrəqəmli faizlərlə verilməlidir:

“Ümid edirəm ki, yeni tərkib ölkənin pul-kredit sistemini uğurla həyata keçirəcək”.

Qeyd edək ki, parlamentin iclasında deputatlar Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsinə müsbət yanaşıb.

Elman Rüstəmovun yerinə isə Taleh Kazımov seçilib.



Ukrayna Rusiyanın növbəti hücumuna hazırlaşır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna silahlı qüvvələri cənub və şərqdə şəhərləri silkələyən şiddətli partlayışlardan sonra Rusiyanın növbəti hücumuna hazırlaşır.

Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq və vətəndaşlarını təşviq etmək üçün kampaniyasını davam etdirdiyi üçün qarşıdakı həftələrin gərgin və vacib olacağını bəyan edib.

Zelenski əlavə edib: "Rusiya qoşunları ölkənin şərqində daha geniş əməliyyatlar aparmağa başlayacaq. Onlar daha çox raket və hətta termobarik bombalardan istifadə edə bilərlər. Amma biz bu hərəkətlərə qarşı hazırlaşırıq. Biz cavab verəcəyik".

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin bəyanatında deyilir: "Düşmən çox güman ki, Ukraynanın nəqliyyat infrastrukturu obyektlərinə hücumlarını davam etdirəcək ki, münaqişələrin davam etdiyi yerlərə təchizat çatdırılmasın”.

Qeyd edək ki, Rusiya qüvvələri cənubdakı Mariupol şəhərini tam nəzarətə götürmək üçün hücumlarını davam etdirir.

Avstriyanın baş naziri Karl Nehammer bu gün Moskvada Putinlə görüşəcəyini açıqlayıb. Putin fevralın 24-də Rusiyanın işğalı başlayandan bəri ilk dəfə Avropa İttifaqının həmkarı ilə üzbəüz görüşəcək.

"Biz hərbi baxımdan neytralıq, lakin Rusiyanın Ukraynaya qarşı hücumlarında mövqeyimiz bəllidir. Bu dayanmalıdır! Humanitar dəhlizlər, atəşkəs və müharibə cinayətləri araşdırılmalıdır", - Nehammer Twitter hesabında bildirib.

Rusiyanın işğalı 44 milyon əhalisi olan Ukraynada əhalinin dörddə birinin didərgin düşməsi ilə nəticələnib, şəhərlər xarabalığa çevrilib, minlərlə insan həlak olub və yaralanıb.

Rusiya indiyədək böyük şəhərləri ələ keçirə bilməsə də, Ukrayna bildirir ki, Moskva şərqdə qüvvələrini toplayaraq və rus əhalisini bu əraziləri tərk etməyə çağıraraq böyük hücuma hazırlaşır.
 
Ayşən Mirzəyeva


Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi göndərib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi göndərib. Bunu ölkənin baş naziri Eduard Heqer deyib. ABŞ isə Avropadakı Patriot hava hücumundan müdafiə sistemlərindən birinin Slovakiya hava məkanının müdafiəsi üçün Slovakiyada yerləşdirilməsinə əmr verdiyini açıqlayıb.

Slovakiyanın baş naziri Eduard Heqer Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi verdiklərini açıqlayıb. Heqer "Twitter” səhifəsində bununla bağlı açıqlama verib:

"Mən təsdiq edirəm ki, Slovakiya Ukraynanı S-300 hava hücumundan müdafiə sistemi ilə təmin edib. Ukrayna xalqı həm öz ölkəsinin, həm də bizim suverenliyini cəsarətlə müdafiə edir. Rusiyanın hücumları altında insan itkisinə biganə qalmamaq və kömək etmək bizim borcumuzdur".

Slovakiyanın yeganə S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya verməsindən sonra ABŞ Avropadakı Patriot hava hücumundan müdafiə sistemlərindən birinin Slovakiya hava məkanının müdafiəsi üçün Slovakiyada yerləşdirilməsinə sifariş verdiyini açıqlayıb.

Slovakiyanın minlərlə ukraynalı qaçqına ev sahibliyi etdiyinə diqqət çəkən ABŞ Müdafiə Naziri Austin ABŞ-ın Ukraynanın ehtiyaclarını qarşılamaq üçün tərəfdaşları və müttəfiqləri ilə koordinasiyaya davam edəcəyini bildirib:

"Slovakiyanın dəvəti və mənim göstərişimlə ABŞ-ın Avropa Komandanlığı Slovakiyada ABŞ hərbçilərinin komandanlıq edəcəyi "Patriot" raket sistemini yerləşdirəcək”.

Ostin qeyd edib ki, bu yaxınlarda Çexiya Ukrayna lideri Zelenskinin yardım çağırışına cavab verərək "T-72” və zirehli piyada maşınları ilə Ukraynaya tanklar göndərib. Bununla da müharibə başlayandan bəri ilk dəfə bir NATO üzvünün Ukraynaya tank göndərdiyi məlum olub.
 
Ayşən Mirzəyeva
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov