Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, O.Mürsəlov əvvəllər Prezident Administrasiyasında çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisinin xidmətində fəaliyyət göstərib.
O, bu vəzifədə ikən administrasiyanın məsul şəxsi kimi Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.