Xəbər lenti



Moskva yaxınlığındakı Krasnoqorskda “Crocus City Hall” konsert zalına hücum edən terrorçuları məhkəmə tərəfindən təqsirli bilindikdən sonra son dərəcə ağır həbs şəraiti gözləyir.

Bu barədə Moskva İctimai Monitorinq Komitəsinin məsul katibi Aleksey Melnikov məlumat verib.

 

Onun sözlərinə görə, terrorçular ömürlərinin qalan hissəsini övladlarını görmədən keçirəcəklər:

“Terror aktı törədənləri yaxşı heç nə gözləmir. Ömürlərinin sonuna qədər onlar tabut kimi yerdə - 4-6 kvadratmetrlik kamerada olacaqlar, onlar sadəcə əlləri bellərində əyilmiş vəziyyətdə hərəkət etməli olacaqlar, onlarla ünsiyyət qadağan ediləcək. Böyük ehtimalla onlar bir daha uşaqlarını görməyəcəklər. Ömürlük həbs qorxuncdur, bu cəzaya məhkum olanları görmüşəm, çoxu tezliklə ölüm istəyir”, - deyə hüquq müdafiəçisi bildirib.

A.Melnikov ölüm hökmünün əleyhinə olduğunu da vurğulayıb.

Mənbə: Msk-news.net



Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Cənubi Qafqaz siyasətindəki təkəbbürlü və iddialı mövqeyini davam etdirir.

Makron hətta Fransanın rəqibləri ilə sövdələşməyə girib Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, bu müttəfiqliyin əmələ gətirdiyi regional əməkdaşlıq çarxının arasına çomaq soxmağı qarşısına məqsəd qoyub.

 

Lakin Parisin dirənişinə baxmayaraq, Azərbaycanın regional genişlənmə siyasətinin təzahürləri Fransanın planlarının iflasa uğradığını göstərir.

Qlobal nüfuza malik “Le Fiqaro” nəşri yazdığı məqalədə Fransanın təşəbbüslərinin nəticə vermədiyini bildirir.

Belə ki, Makron:

- Qarabağa dair konfrans təşkil etmək istəyib, amma bu, ABŞ-nin etirazı səbəbindən baş tutmayıb,  

- 2022-ci ilin oktyabrında “erməni məsələsini” Roma Papası ilə müzakirə etmək üçün özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb. Amma Vatikandan istədiyi dəstəyi ala bilməyib.

Şübhəsiz ki, “Le Fiqaro” nəşrinin iddiaları Yelisey Sarayından sızdırılmış informasiya yükünün ictimai elanıdır və Parisin məqsədi uğursuzluqlarını ört-basdır etməkdir.

Fransanın Cənubi Qafqazda “erməni mərkəzli” geosiyasi teatr yaratmaq cəhdinin boşa çıxmasının başqa səbəbləri də var.

Fransa Rusiya-Ukrayna müharibəsi başlayandan bəri nümayiş etdirdiyi ikibaşlı mövqelərlə hətta NATO daxilində belə mənfi və kəskin reaksiyalara məruz qalıb.

Ona görə ki, Fransa Ukraynada müharibə başlayandan sonra NATO-nun müdafiə maraqlarından deyil, özünün fərdi ambisiyalarından çıxış etdi. Düzdür, indi Makron səhvlərini düzəldib yenidən Fransanın imicini bərpa etməkdən ötrü Rusiyaya qarşı demarş fonu yaradır. Ancaq artıq ox yaydan çıxıb və aydın görünür ki:

- Fransanın qlobal nüfuz bölgülərindəki payları əlindən alınır,

- Makronun Ukrayna ilə bağlı bəyanatlarının şou xarakterli olmaq ehtimalı Avropanın təhlükəsizlik panoramasında ümumi narahatlıqları artırır,

- Fransa Rusiya-Ukrayna müharibəsinin təsirləri ilə Avropada daxili qüvvələr balansını öz hegemonluğu ilə əvəzləmək istəyir.

Yelisey Sarayında cızılan sxemlər təbii ki, Fransanın Cənubi Qafqazda Azərbaycanın və Türkiyənin formalaşdırdığı “sülh üçün sakitləşdirmə” siyasətini də hədəfə alır. Bunu təkzib edəcək məqamlar da nəzərə çarpmır və Paris hər keçən gün narrativlərini Ermənistanın xeyrinə radikallaşdırır.

Buna baxmayaraq, Fransanın regional və qlobal mövqeyinin həm orta, həm də uzunmüddətli perspektivdə yarada biləcəyi problemlər araşdırılır. Bu araşdırmalar Qərbin rəsmi strateji orqanları ilə yanaşı, onlarla ziddiyyətdə duran Rusiya tərəfindən aparılır.

Hər iki tərəfdən sıxışdırılan Fransa çarəsiz qalaraq genişlənmə siyasəti üçün Cənubi Qafqazda müharibə qapılarını döyür. Məqsəd digər maraqları rədd edib onları öz məqsəd və ambisiyaları ilə doldurmaqdan ibarətdir.

Fransanın bunun üçün regionda məxfi gündəliyə söykənən koalisiya formalaşdırmaq üçün dəridən-qabıqdan çıxdığını da görmək çətin deyil və burada yuxarıda qeyd etdiyimiz tezisi təkrarlamaqda fayda var:

Bəli, Fransa Cənubi Qafqazda liderlik rolunu almaqdan ötrü hətta rəqabətdə olduğu dövlətlərlə belə sövdələşmə kanalları axtarır, hərçənd ki, bunun effekt verdiyini sezmək çətindir.

Amma Fransanın ritorikasının və Ermənistana dəstəyinin səs-küyü getdikcə artır, üstəlik, Avropa İttifaqı da prosesə cəlb edilir.

Bu, bir qədər çaşqınlıq yaradır: bir tərəfdə Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq münasibətləri, digər yanda isə Bakıya qarşı qisasçılıq hissinin alovlandırılması.

Fransa birinci prinsipi ayaqlar altında tapdalatmaq niyyətindədir, lakin Avropa İttifaqının özü birləşib Parisin böyümək üçün seçdiyi belə metoda qarşı olmalıdır.

Hələlik, Fransanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi aşkar şəkildə görünür və Parisin bu geriləməsi Azərbaycanın strateji maraqlarının böyüməsi üçün əlavə fürsətlərə çevrilir.

Fürsət ona görə qiymətlidir ki, Azərbaycan Parisin sıza bilmədiyi boşluqları nəzarətə götürərək müdafiə strategiyasını təkmilləşdirir.

Bu strategiya Fransanın Ermənistanı silahlandırmasına qarşı ən effektiv müdafiə refleksi kimi faydalıdır.

Prosesin mənalandırılmasından irəli gələn proqnozlar bu cür ola bilər ki:

- Ermənistan Parisin himayədarlığı altında Azərbaycana qarşı hərbi hərəkətlənməyə keçsə, ağır zərbələrə məruz qalacaq,

- Fransa Azərbaycanın taktiki və strateji nəticələrinin davamının gəldiyi təqdirdə Bakı ilə münasibətlərdə daha ehtiyatlı mövqe tutmaq marşrutuna girəcək,  

- Regionda Fransanın qurmaq istədiyi güc dinamikası taqətdən düşəcək, hərçənd ki, Parisin onu diriltməsi üçün kəşfiyyat fəaliyyətini gücləndirəcəyi istisna deyil.

Aqşin Kərimov



“Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov və oğlu Emin Ağalarov “Crocus City Hall”da baş verən terror aktı zamanı zərərçəkənlərə yardım üçün Müslüm Maqomayev Fonduna 100 milyon (1,8 milyon AZN) rubl köçürüb.

Bu barədə şirkətin saytında məlumat verilib.

Bildirilib ki, vəsait xəsarət alanların ailələrinə müalicə, bərpa, reabilitasiya və digər ehtiyaclarını ödəmək üçün yönəldilib.

Şirkət həmçinin qeyd edib ki, Müslüm Maqomayev Fondu həlak olanların ailələrinə təcili və uzunmüddətli yardım üçün vəsait toplamağa başlayıb.

Yaxın vaxtlarda ianə toplanışında iştirak etmək istəyənlərin müraciətlərinə baxılması üçün “Çağrı mərkəzi” fəaliyyətə başlayacaq və vəsaitin xərclənməsi ilə bağlı hesabatlar fondun internet saytında dərc olunacaq.

Məlumata görə, artıq bir çox sənət adamları, Ağalarovlar ailəsinin dostları və şirkətin biznes tərəfdaşları öz töhfələrini verəcəklərini bildiriblər.



bu gün NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

Hazırda Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış edirlər.

***

İlham Əliyevlə Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

 

 





 


Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.



Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

President.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Sonra rəsmi foto çəkdirilib.



Ermənistanın hələ də öz dövlətçiliyini xilas etmək və Zəngəzur ərazisindən Azərbaycan üçün dəhliz açmaq şansı var. Əks halda Azərbaycan Ordusu bunu özü edəcək.

Axar.az xəbər verir ki, bunu münaqişələr üzrə ekspert, erməni əsili amerikalı Artur Martirosyan Ermənistan telekanalının siyasi tok-şousunda deyib.

Onun sözlərinə görə, əgər Ermənistan Zəngəzur ərazisindən Naxçıvana dəhliz açılmasına könüllü razı olsa, o zaman bu yol üç ölkənin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatında göstərildiyi kimi Rusiya hərbçilərinin nəzarətində olacaq:

“Əks halda yol zorla açılacaq. Və heç kim deməsin ki, Azərbaycan Ordusunun qarşısını ala biləcəklər. Paşinyanın nə Borrellə, nə də Makrona zəng etməyə vaxtı olacaq. Heç kim Ermənistana kömək etməyəcək”.

Ekspert hesab edir ki, Ermənistan Rusiya ilə münasibətlərində də diqqətli olmalıdır:

“Ermənistan hakimiyyətinə məsləhət görə biləcəyim ikinci şey Rusiya ilə münasibətləri korlamamaqdır. Ukraynadakı müharibədən kimin qalib çıxacağını hələ heç kim deyə bilməz. Rusiya qalib gəlsə, Kreml İrəvanı diz çökdürəcək. Bütün risklər nəzərə alınmalıdır”.



Rəcəb Tayyib Ərdoğanın Misir səfəri 11 illik fasilədən sonra həyata keçdi. Dolayısı ilə problemlər tamamilə həll olunmasa belə, ikitərəfli münasibətlərdə yeni səhifə açılır. Son 2-3 ildir ki, Türkiyə bir sıra ölkələr ilə münasibətlərin normallaşdırılması mərhələsinə keçib. Lakin Misirin uzaq durması səbəbilə münasibətlərdə soyuqluq qalmağa davam edirdi. Cənab Ərdoğanın səfəri ilə Qahirə ilə normallaşma mərhələsi başa çatdırıldı. Sisinin də Türkiyəyə yaxın vaxtlarda edəcəyi səfər münasibətləri daha da dərinləşdirəcək.

Bu sözləri Axar.az-a Rəcəb Tayyib Ərdoğanın Misirə rəsmi səfərinin əhəmiyyəti haqqında danışan Türkiyə Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) mütəxəssisi Mehmet Raqiboğlu deyib.

Raqiboğlu Türkiyə və Misir yaxınlaşmasının əsas səbəblərindən bəhs edib:

“Ankara və Qahirənin yaxınlaşmasını labüd edən bir çox faktor var. Lakin burada üç əsas amil diqqəti daha çox cəlb edir. Bunlardan birincisi Qəzza məsələsidir. Həm Türkiyə, həm də Misir Qəzza məsələsində birbaşa tərəfdirlər. Çünki HƏMAS özünün atəşkəs planında Türkiyə, Misir, Qətər və Rusiyanın qarant dövlət olmasını istəyir. Normallaşma prosesi Türkiyə ilə Misirin Qəzza məsələsində eyni anda və koordinasiyalı şəkildə hərəkət etməsinə imkan verəcək. Əlbəttə, burada risklər də var. Çünki İsrail hazırda Misirə Rəfah qapısının açılması üçün təzyiq göstərir. İndi orada 1948-ci ildəki “Nakba hadisələri”nə ( 14 may 1948-ci ildə İsrail dövləti elan olunub. Fələstinlilər isə 15 mayı böyük fəlakət mənası verən “ən-Nakba” günü adlandırıblar –red.) bənzəyən proses gedir. Bunun qarşısının alınması üçün Ankara-Qahirə əməkdaşlığı çox vacibdir. İkincisi Aralıq dənizi məsələsidir. Bildiyimiz kimi, ABŞ-ın rəhbərliyi ilə Aralıq dənizi bölgəsində ölkəmizi orada sıxışdırmaq üçün Şərqi Aralıq dənizi qaz kəməri (EastMed) layihəsi irəli sürüldü. Bu layihəyə görə, BƏƏ, Yunanıstan, Misir, Səudiyyə Ərəbistanı və İsrail ölkəmizin qarşısında idi. Türkiyə qətiyyətli hərəkət etdi və Liviya ilə “Dəniz yurisdiksiyası müqaviləsi” imzaladı. Bu müqavilə qurulan oyunu alt-üst etdi. Belə ki, Misirlə Səudiyyə Ərəbistanı, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər pozuldu. Yəni ölkəmizin qarşısında olanlar Türkiyənin Şərqi Aralıq dənizində əvəzedilməz aktor olduğunu anladı. BƏƏ ilə Səudiyyə Ərəbistanı ölkəmizlə münasibətləri normallaşdırmağa başladığı üçün Misir də kənarda qalmaq istəmədi. Türkiyə ABŞ ilə də münasibətləri normallaşdırmağa başlayıb. Ən son F-16 satışı və modifikasiyası ilə bağlı qanun layihəsinin təsdiq olunmasının qarşısındakı maneə də ortadan qalxdı”.

 

Onun sözlərinə görə, üçüncü məsələ iqtisadiyyatla bağlıdır:

“Türkiyənin iqtisadiyyatı ötən ilin iyun ayından etibarən əvvəlki gücünü yenidən qazanmağa başlayıb. Belə ki, son 7 ayda Mərkəzi Banka 50 milyard dollardan çox vəsait daxil olub. Yəni investisiya qoyuluşu artır. Misirdə isə iqtisadi vəziyyət qat-qat pisdir. Hazırda orada qara bazarda 1 dollar 80-90 Misir funtuna satılır. Ölkənin sərmayə qoyuluşuna çox böyük ehtiyacı var. İlk mərhələdə Türkiyənin Misirə 1 milyard dollar sərmayə qoyması planlaşdırılır. Misir üçün Türkiyə Avropa bazarına çıxmaq baxımından, Türkiyə üçün isə Misir Afrikaya çıxmaq baxımından önəmlidir. Qırmızı dəniz məsələsində də Ankara və Qahirə eyni xətti izləyir və Yəməndə legitim hökuməti dəstəkləyir. Fikrimcə, bu səfər Yəmən məsələsində də ortaq addımların atılmasına gətirib çıxaracaq”.



Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.

“Qafqazinfo”nun xəbərinə görə, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.

***

Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsinə razılıq verilməsi haqqında məsələ spiker Sahibə Qafarova tərəfindən səsverməyə çıxarılıb.

Müzakirələrdən sonra deputatlar Əli Hidayət oğlu Əsədovun yenidən baş nazir seçilməsinə yekdilliklə səs verib.

Hazırda Baş nazir parlamentdə çıxış edir.

Xatırladaq ki, Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdi.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisin müzakirəsinə təqdim edir.

Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Zaur Mirzə

Xalqa xidmət nümunəsi yaradan Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Aslan Mehdiyev, Bəhram Şiriyev, Həcər Mirzəyeva çıxış ediblər.

Çıxışlarda bildirilib ki, qalib xalqın qaib Lideri kimi İlham Əliyev hər zaman Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün misilsiz əzmkarlıqla çalışıb. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz qəhrəmanlıq dastanı yazaraq ərazi bütövlüyümüzü tam bərpa edib. İndi işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, soydaşlarımız öz yurdlarına geri qayıdır.

Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_1706942640_photo-2024-02-02-23-06-14.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-2.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-3.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-4.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-5.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-6.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2024-02_photo-2024-02-02-23-06-14-7.jpg
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov