Xəbər lenti



“Çalışırıq ki, Qarabağda öz torpaqlarına qayıdan müəllimləri məktəblərdə işə götürək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün təşkil edilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bu mümkün olmasa, ən yaxın ərazilərdən müəllimlər prosesə cəlb ediləcək:

“Məcbur qalıb Bakıdan müəllim göndərmək lazım gələrsə, o zaman onların yaşayış şəraitinin yaxşı olması üçün bütün addımlar atılacaq”.

Mina Mikayılova



“Universitetlərin bölgələrə köçürülməsi prosesi təhlil edilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün təşkil edilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, hələlik bununla bağlı dəqiq qərar yoxdur.

Mina Mikayılova



Lisenziyası ləğv edilmiş plastik cərrahların tam siyahısı məlum olub.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin imzaladığı əmrlə aşağıdakı şəxslərin lisenziyası ləğv olunub:

Ağamirova Könül Əlifirid qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044818

Əliyeva Şövkət Tofiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043889

Həmidova (Heydərova) Sevinc Abisalam qızı – sertifikasiya şəhadətnaməsi Ser. AH No 040401

Kərimova Bəhicə Rafiq qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 055491

Quliyeva Rəna Ədalət qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 046988

Qurbanova Təbəssüm Arif qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 044967

Salmanlı Elnarə Eldar qızı - sertifikasiya şəhadətnaməsi Ser. AH No 043603

Qeyd edək ki, adıçəkilən şəxslərin hamısı 2022-ci ildən sonra lisenziya alıbmış. Hazırda məsələ ilə bağlı prokurorluqda araşdırma davam edir.



Prezident İlham Əliyev Sahil Babayevlə bağlı daha bir Sərəncam verib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncamla Sahil Rafiq oğlu Babayev maliyyə naziri təyin edilib.

Qeyd edək ki, 2006-cı ildən maliyyə naziri işləmiş Samir Şərifov ötən ayın əvvəli vəzifəsindən azad edilib.



“Qarabağ” sabiq futbolçusu Kadi Borxesin yenidən heyətinə qatıb.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı vinger artıq Bakıdadır.

Ağdam klubu bununla bağlı video yayıb.

Qeyd edək ki, Kadi ötən ilin yayında Macarıstanın “Ferensvaroş” klubuna keçmişdi. O, 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib.

***

Kadi ilə 4 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.



Fövqəladə Hallar Nazirliyi şadlıq sarayı və restoran sahiblərinə müraciət edib.

Müraicətdə deyilir:

“Ölkə ərazisində yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra fiziki və hüquqi şəxslər tərəfindən bu sahədə pozuntulara yol verilməsi hallarına rast gəlinir ki, sonda ağır fəsadlarla nəticələnən hadisələr baş verir.

Belə ki, pirotexniki vasitələrdən istifadənin qanunla qadağan edilməsi və yaratdığı təhlükə ilə əlaqədar dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şadlıq sarayı və restoranlar tərəfindən bu vasitələrdən istifadəyə, o cümlədən yanğın təhlükəli effekt yaradan səhnələrin təqdimatına şərait yaradılır ki, nəticədə acı fəsadlar ortaya çıxır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha şadlıq sarayı, restoran və digər iaşə obyektlərinin sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyin vacibliyini, xüsusilə pirotexniki vasitələrdən istifadənin qanunla qadağan olunduğunu xatırladır və bu sahədə pozuntuya yol verən obyektlər barəsində qanunun imkan verdiyi ən sərt tədbirlərin görüləcəyini bildirir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov