MDB dövlət başçılarının zirvə görüşü çərçivəsində Düşənbədə Azərbaycan prezidenti
İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın ayaqüstü söhbətini şərh edən İskəndəryanın fikrincə, bu cür qeyri-formal qısa görüş nəticəsində münaqişənin nizamlanmasında hansısa ciddi sıçrayışların olma ehtimalı çox azdır. Erməni politoloq hətta
ATƏT-in
Minsk qrupu həmsədrlərinin vasitəçiliyini də Qarabağ nizamlanması üzrə kifayət hesab etmir.
“Daha əvvəl qəbul olunmuş mövcud razılaşmalar, Minsk formatı var və nizamlanma üzrə danışıqlar prosesi gedir. Amma hətta bu prosesin özü belə ciddi nəticələrə gətirmir və indiki halda gətirə də bilməz. Çünki münaqişə tərəflərinin mövqeləri bir-birindən olduqca uzaqdır. Həmçinin, əvvəllər birbaşa təmaslar olsa da, indi bu cür təmasların bərpasını təsəvvür etmək çətindir. Münaqişənin həlli üzrə qarşılıqlı fəaliyyət
Minsk qrupuçərçivəsində aparılmalıdır. Amma bununla belə, qarşılıqlı əlaqə formatının dəstəklənməsi üçün istənilən bütün imkanlardan istifadə edilməlidir.” – İskəndəryan bildirib.
Qeyd edək ki, Düşənbədə apardıqları söhbətdə
İlham Əliyev ilə Nikol Paşinyan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün
atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.