Xəbər lenti


Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar verilən "Texniki fasilə” başa çatıb.
 
Bizimaz.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
 
Məlumata görə, bununla əlaqədar olaraq, 03.11.2018-ci il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarları 04.07.2018-ci il tarixdə təsdiq edilmiş hərəkət cədvəli üzrə hərəkət edəcəklər.
 
Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.
 
- Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qatarı saat 0950 –də yola düşəcəkdir və Bakıya saat 1032-də çatacaqdır; Sumqayıt stansiyasından saat 0950 –də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcəkdir və Bakıya saat 1142-da çatacaqdır.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov