Xəbər lenti

"Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baza sənədlərində müəyyən edilmiş parametrlərə uyğun gəlmir"
Bizimaz: bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu gün keçirdiyi brifinqdə deyib. KTMT və Avrasiya İqtisadi İttifaqında Azərbaycana müşahidəçi statusunun verilməsinin mümkünlüyü ilə bağlı jurnalistlərin narahatlığına cavab olaraq, Balayan onları sakitləşdirməyə çalışıb. 

“İndiki zamanda bunun olması mümkün deyil, çünki Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baza sənədlərində müəyyən edilmiş parametrlərə uyğun gəlmir. Azərbaycana müşahidəçi statusunun verilməsilə bağlı müzakirələr olmayıb və təşkilatda qərarlar konsensus əsasında qəbul edilir”, – deyə Balayan bəyan edib. 

Xatırladaq ki, bundan əvvəl Ermənistan XİN-in mətbuat katibi səlahiyyətlərini icra edən Anna Naqdalyan əgər Azərbaycan KTMT-yə üzv olmaq istədiyini bəyan edərsə və bu məsələ təşkilatın gündəliyinə çıxarılarsa, Ermənistanın təşkilatdakı veto hüququndan istifadə edərək bunun qarşısını alacağını bəyan etmişdi. 

Qeyd edək ki, son aylar erməni mətbuatında Azərbaycanın KTMT-yə üzv ola biləcəyinə dair məlumatlar yayılır və həyəcan təbili çalınaraq, bunun Ermənistan üçün hərtərəfli, xüsusən də, Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən olduqca təklükəli və ağır nəticələrə gətirib çıxaracağı vurğulanır. KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov ətrafında baş verən proseslərin də bir növ Azərbaycana “yaşıl işıq” yandırdığı qeyd olunur. 

Erməni KİV-ləri yazır ki, KTMT-nin Dağlıq Qarabağda mümkün müharibəyə qarışmaq səlahiyyəti olmasa da, indiyədək İrəvan təşkilata üzvlüyündən təhdid vasitəsi kimi istifadə edirdi və ən azı Qarabağ müharibəsi böyüyərək Ermənistan ərazisinə keçərsə, İrəvan təşkilatın nizamnaməsinə uyğun olaraq KTMT-nin hərbi dəstəyinə arxalanırdı. Lakin Azərbaycan təşkilata üzv olduqdan sonra İrəvan bütün təhdid rıçaqlarını itirmiş olacaq. Çünki KTMT iki üzv dövlətin müharibəsinə qarışaraq tərəflərdən kiminsə yanında yer almayacaq. Bu isə regionda hərbi balansı öz xeyrinə dəyişən Azərbaycana daha bir üstünlük verəcək. 

Məhz bu qorxusuna görə, rəsmi İrəvan onsuz da digər üzvlərinin Bakı ilə səmimi və sıx əlaqələrə malik olduğu KTMT-də Cənubi Qafqazın ən güclü ordusu və iqtisadiyyatına sahib Azərbaycanın təmsil olunmaması üçün “parametrlərin uyğunsuzluğu” kimi əsassız və cəfəng bəhanələr gətirərək, bunun qarşısını almağa çalışacağını gizlətmir. 



"Azərbaycan sülhsevər ölkədir. Biz qonşularımızla və digər dövlətlərlə siyasətimizi qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qururuq. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq 25 ildən çoxdur Azərbaycan xalqı qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir. Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal altındadır, 1 milyon soydaşımız məcburi köçkün və qaçqın vəziyyətində yaşayır"

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.
BizimAz.az:  müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev dövlətimizin başçısına sərgi barədə məlumat verdilər.

Bildirildi ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.

Qeyd edildi ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sərginin fəal iştirakçılarıdır.

Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.

Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.



Sentyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov