"Dünənə qədər hamımız narahat idik ki, nəyə görə, bazarlara nəzarət yoxdur. Bu, hamımızı narahat edirdi. Sağ olsun cənab prezident belə bir qurum yaradaraq onlara geniş səlahiyyətlər verib ki, ölkədə qida təhlükəsizliyini təmin etsin. Amma hər birimiz bilirik ki, onların əmək haqları azdır. Əgər biz onların maraqlarını təmin etməsək, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan məqsədə nail ola bilməyəcəyik. Biz onlara yaşıl işıq yandırmalıyıq”.