Azərbaycan Prezidenti İlham Əliyev Ramil Usubovla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi olan R.Usubovun dekabrın 22-də 75 yaşı tamam olub.