Azərbaycanda qısmüddətli toz-dumanı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən
Mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.
Buna səbəb dekabrın 18-də günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz-dumanının daxil olmasıdır.
Bakıda və
Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer
havasında müşahidələr aparır.