Xəbər lenti



Avropa Rusiyaya tətbiq edilmiş ABŞ sanksiyaları fonunda Moskva ilə iqtisadi əlaqələri bərpa edir. Almaniya kansleri Angela Merkel Putinlə Soçidə görüşüb. Britaniya “Rusal”la alüminium ticarətinə qoyulan qadağanı aradan götürməyə çalışır. Bolqarıstan prezidenti isə Qara dəniz vasitəsilə birbaşa qaz kəmərinin çəkilməsini təklif edir.

Axar.az Rusiyanın ətrafında ABŞ-ın iqtisadi rəqiblərinin formalaşması prosesi barədə yazını təqdim edir.

Soyuqlaşma ləğv edilir

Soçidə Brüsselin də maraqla izlədiyi Vladimir Putinlə Angela Merkel arasında görüş xüsusi dostluq xarakteri ilə seçildi: ağ gül dəstəsi, gülümsəyən kansler və onun yeni rus hökumətinə rus dilində uğur arzu etməsi. Müşahidəçilərin sözlərinə görə, ölkələr 2014-cü ildən bu yana əməkdaşlığa maneə törədən ziddiyyətləri düzəltməyə müvəffəq olublar.

Hazırda Moskva ilə Berlinin yaxınlaşmaq üçün daha çox səbəbi var. Ən əsası isə biznesin normal fəaliyyətinə əngəl yaradan bitməyən sanksiyalardır. Məhz buna görə də ikitərəfli iqtisadi əlaqələr ilk plana çıxıb. Putin Rusiya və Almaniyada minlərlə iş yerinin taleyinin iki ölkənin əməkdaşlığından asılı olduğunu qeyd edib. Merkel isə Moskva ilə xoş münasibətlərə ehtiyac olduğunu və bunun Berlinin strateji maraqlarına cavab verdiyini bildirib.

Almaniya Rusiyanın Çindən sonra ikinci ən böyük ticari-iqtisadi tərəfdaşı sayılır. Rusiya Almaniyanın təbii qaz və neftə olan tələbatının üçdə birini ödəyir. 2014-cü ildən sonra ötən il ilk dəfə ölkələr arasında ticarət dövriyyəsi 25 faiz artıb.

Dağıdıcı təsir

ABŞ-ın yeni sanksiyaları yalnız alman deyil, eyni zamanda bütün Avropa biznesinə ağır zərbə vurdu. ABŞ-ın “Rusal”a qarşı sanksiyaları və dünya bazarına alüminium tədarükündəki kəsintilər nəhəng kompaniyaların işini demək olar ki, iflic hala salıb. Bəzi şirkətlər hətta iflasın eşiyində dayanıb və bağlanmaq təhlükəsi ilə üzə-üzədir.

“Der Şpigel”in yazdığına görə, alman metallurqlar siyasətçilərdən mümkün qədər tez bir zamanda razılıq əldə olunmasını və xammalın normal tədarükünü təmin etməsini istəyiblər.

“Yoxsa Almaniyanın bütün sənaye istehsalı ziyan görəcək”, - nəşr xəbərdarlıq edib.

Bundestaqda da Rusiyaya qarşı sanksiyaların Avropa üçün bəla olduğu etiraf edilib və “buzlaşma dövrü”nə son qoyulmasının zəruri olduğu qeyd olunub.

“Sanksiyalar başlıca olaraq Avropa və alman şirkətlərinə zərər vurur. Ona görə də sanksiyaları ləğv etmək bizim maraqlarımızdadır”, - Almaniyanın sol partiyasının həmsədri Sara Vaqenkneht deyib.

Bolqarıstan “Bolqar axını”nın yaradılmasını istədi

Rusiya ilə Almaniya arasında əməkdaşlığın təkanverici gücü “Şimal axını-2” olacaq. Merkel Putinlə bu kommersiya layihəsinin siyasiləşdirilməməsi barədə razılıq əldə edib. Putin isə öz növbəsində kansleri əmin edib ki, boru kəmərinin işə salınması Ukrayna vasitəsilə qaz tranzitinin dayandırılmasını nəzərdə tutmur.

Burada Merkelin “Ukraynaya zəmanət”lə bağlı sözlərinə baxmayaraq, yenidən iqtisadi maraqlar ön plana çıxır. Çünki “Şimal axını-2” vasitəsilə Berlinə qaz təchizatı Ukrayna marşrutundan çox daha ucuz başa gələcək.

Təbii qazın nəqlinə görə Bolqarıstan da əziyyət çəkmək istəmir. 2019-cu ildən sonra bu Balkan ölkəsinə təbii qazın nəqlinin “Türk axını” vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bolqarıstan prezidenti isə Rusiya ilə ölkəsi arasında birbaşa qaz kəmərinin çəkilməsini istəyir.

Britaniya

Kontinental Avropa rus qazını tez bir zamanda və ucuz şəkildə almağı düşündüyü bir vaxtda, “Rusal”la alüminium ticarətini qadağan edən London qərarını yenidən nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.

Bu arada isə geosiyasi vəziyyət istiləşməyə davam edir. May ayının əvvəlində ABŞ İranla nüvə proqramı ilə bağlı tarixi müqaviləni tərk edib, Tehrana misilsiz təzyiq göstərməyə söz verdi. Vaşinqtonun yeni müqavilə bağlamaq üçün irəli sürdüyü on iki şərt tarixin ən ağır sanksiyası ola bilər. Ağ Ev onlara qoşulmaq üçün Avropa İttifaqına çağırış edib.

Ancaq görünür, Avropa (ABŞ-ın rus şirkətlərinə qarşı sanksiyalarına görə təkcə Almaniyanın 1.5 milyard avro itirmək təhlükəsi var) başqalarının məqsədlərinə görə özünün iqtisadi aktivliyini qurban vermək niyyətində deyil.



"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlar Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər biz Dağlıq Qarabağ məsələsini ATƏT PA-da qaldıracağıq".
Bunu Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, təmas xəttində baş verən təxribatlara münasibət bildirən ATƏT Parlament Assamblleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. A. Quliyev bildirib ki, ATƏT hazırda münaqişənin həlli ilə məşğul olan və vasitəçilik missiyası həyata keçirən yeganə təşkilatdır:

"Ancaq bunun heç bir nəticəsi yoxdur. Ona görə də ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni yenə qaldıracağıq. Nikol Paşinyanın addımları və Ermənistanda yaranmış mövcud duruma gəlincə, əlbəttə, biz bu gün onu hiss edirik ki, Paşinyan və komandası çox populist və pafoslu bəyanatla çıxış edir. Təbii ki, bu, inqilabın yaratdığı eyforiyadır. Heç şübhə etmirəm ki, qısa müddət ərzində bu eyforiya yatacaq və Ermənistan rəhbərliyi reallığın nədən ibarət olduğunu dərk edəcək, bu cür boş və mənasız bəyanatlardan çəkinəcək.

Çünki bu boş bəyanatlar, ritorika heç bir halda sülhə xidmət etmir, problemin sülh yolu ilə həllinə yardım etmir. Ermənistan rəhbərliyi bunu anlamalıdır. Təəssüflər olsun ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, mətbuat konfransı keçirməsi və bir neçə gün öncə orada hərbi təlim keçirilməsi ATƏT-in Minsk qrupu tərəfindən pislənilmədi, ona reaksiya verilməsi. Bu, bizi qane etmir, bizi çox ciddi şəkildə narahat edir. Şübhəsiz ki, ATƏT PA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında biz bu məsələlərə toxunacağıq". (APA)

Mayın 18-də Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.



"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 18 may 1992-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal olunub. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib".

Ardını oxu...



Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov