"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlar Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər biz Dağlıq Qarabağ məsələsini ATƏT PA-da qaldıracağıq".
Bunu Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, təmas xəttində baş verən təxribatlara münasibət bildirən
ATƏT Parlament Assamblleyasının (
ATƏT PA) vitse-prezidenti, Azərbaycanın
ATƏT PA-dakı nümayəndə heyətinin üzvü
Azay Quliyev deyib. A. Quliyev bildirib ki,
ATƏT hazırda münaqişənin həlli ilə məşğul olan və vasitəçilik missiyası həyata keçirən yeganə təşkilatdır:
"Ancaq bunun heç bir nəticəsi yoxdur. Ona görə də
ATƏT PA-da
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni yenə qaldıracağıq. Nikol Paşinyanın addımları və Ermənistanda yaranmış mövcud duruma gəlincə, əlbəttə, biz bu gün onu hiss edirik ki, Paşinyan və komandası çox populist və pafoslu bəyanatla çıxış edir. Təbii ki, bu, inqilabın yaratdığı eyforiyadır. Heç şübhə etmirəm ki, qısa müddət ərzində bu eyforiya yatacaq və Ermənistan rəhbərliyi reallığın nədən ibarət olduğunu dərk edəcək, bu cür boş və mənasız bəyanatlardan çəkinəcək.
Çünki bu boş bəyanatlar, ritorika heç bir halda sülhə xidmət etmir, problemin sülh yolu ilə həllinə yardım etmir. Ermənistan rəhbərliyi bunu anlamalıdır. Təəssüflər olsun ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, mətbuat konfransı keçirməsi və bir neçə gün öncə orada hərbi təlim keçirilməsi
ATƏT-in
Minsk qrupu tərəfindən pislənilmədi, ona reaksiya verilməsi. Bu, bizi qane etmir, bizi çox ciddi şəkildə narahat edir. Şübhəsiz ki,
ATƏT PA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında biz bu məsələlərə toxunacağıq". (APA)