Mayın 18-də Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.