Sabah Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə 20 məsələ daxil edilib. Bunlar “Notariat haqqında” , “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında” ,“Sığorta fəaliyyəti haqqında”, “Dövlət rüsumu haqqında” və. s qanunlara ediləcək dəyişikliklərdir.
Qeyd edək ki, iyun ayında parlamentin iki növbədənkənar iclası da baş tutacaq.