Xəbər lenti

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Moskvanın sərhəddəki ara-sıra yoxlamaları dayanmazsa, onun ölkəsi Rusiya ilə sərhəddə yoxlama-buraxılış sistemini bərpa edə bilər

 

bizimaz.az İyunun 1-də BelTa dövlət xəbər agentliyi bildirib ki, prezident deyib: “Onlar sərhədi bağlamaq istəyirlərsə, buyursunlar. Əgər onlar sərhədi bağlasalar, biz də sərhəd nəzarətini bərpa edəcəyik”.

Bununla belə, Lukaşenko deyib ki, o son qərar qəbul etməzdən öncə Modkvanın siyasətlərini müşahidə edəcək.

Minsk 2017-ci ilin fevralında Avropa İttifaqı da daxil, 80-dək ölkəyə beş gün müddətinə vizasız gəliş hüququ verdikdən sonra, Moskva Belarusla sərhəddə vaxtaşırı pasport və maşınların yoxlanmasını həyata keçirir.

Belarus Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılması çərçivəsində xarici ölkələrə verdiyi vizasız səfər rejiminin müddətini artıraraq 15 günə çatdırmağı planlaşdırır.

Minsk və Moskva uzun müddətdən bəridir ki, müttəfiqdirlər, lakin aralarındakı münasibətlər son illərdə kifəyət qədər gərginləşib.

Müşahidəçilərin fikrincə, buna səbəb Belarusun Avropa İttifaqı ilə yaxınlaşmağa can atmasıdır. Lukaşenko son vaxtlarda siyasi məhbusları həbsxanadan buraxıb və müxalifət nümayəndələrinin millət vəkili olmasına imkan verib.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov