Ermənistan Parlamentində üstünlüyə malik olan “Respublikaçılar” fraksiyasından daha bir deputat Samvel Aleksanyan fraksiya sıralarını tərk edib.
bizimaz.az Bu hadisədən sonra “Respublikaçılar” qanunverici orqandakı üstünlüklərini itirirlər.
Deputat Samvel Aleksanyan müxalifəti təmsil edən “Respublikaçılar” fraksiyasının sıralarını tərk etməsini bu gün jurnalistlərə təsdiq edib. Qeyd edək ki, onun bu qərarı barədə çoxdan məlumat yayılmışdı.
Xəbəri Aleksanyan bu gün jurnalistlərə təsdiq edib.
O həmçinin fraksiya sıralarını tərk etmə səbəbini açıqlamadan imtina edib.
Qeyd edək ki, “Respublika Partiyası” parlamentdə çoxluğunu itirməkdə davam edir. Son 1 ayda partiyanı 6 deputat tərk edib. Bununla da, Serj Sarkisyanın uzun illər sədri olduğu partiyasının 105 yerlik parlamentdə mandatlarının sayı 52-yə düşüb.