Xəbər lenti




Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi bir sıra mühüm məsələlərin həllinə müsbət təsir edə bilər.

Bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Ekspert bildirib ki, dövlət başçısının növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sərəncamı Azərbaycan qanunvericiliyinə tam uyğundur:

"Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq öz səlahiyyətləri çərçivəsində prezident seçkilərinin vaxtını təyin edib. Prezident seçkilərinin növbədənkənar keçirilməsinin bir neçə səbəbi var. Məsələn, bildiyiniz kimi, 2025-ci ildə ölkədə parlament seçkiləri keçiriləcək. Prezident seçkiləri də 7 ildən bir keçirildiyi üçün həmin seçkilərlə üst-üstə düşə bilər. İkinci mühüm məsələ odur ki, bu il regionda - Rusiya, Ermənistan, Gürcüstan və Azərbaycanda seçki ilidir. Bu seçkilərin bir hissəsi məhz mart-aprel aylarına təyin olunub. Ermənistanda martın 2-də prezident seçkiləridir və aprelin 9-da Konstitusiya səlahiyyətləri Baş nazirə keçir. Martın 18-də Rusiyada prezident seçkiləridir. Azərbaycanda prezident seçkilərinin aprel ayına təyin edilməsinin bir səbəbi də onunla bağlıdır ki, Ermənistan siyasi hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda hər hansı bəhanə gətirib prosesi yubatmasın".

A.Nağıyev bildirib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi bir sıra beynəlxalq və mötəbər tədbirlərlə də əlaqədardır:

"Bu il həm də TANAP, TAP və "Şahdəniz-2" layihələri ilə bağlı müəyyən tədbirlərin keçirilməsi planlaşdırılır. İlin ikinci yarısına təyin edilən bu tədbirlərin təşkili ilə əlaqədar prezident seçkilərinin tez keçirilməsi məqsədəuyğundur. Bu il, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir və bununla bağlı ölkəyə çoxsaylı qonaqların gəlişi, çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır. Yəni bir çox mühüm tədbirlərin bu ilin ikinci yarısına təyin olunduğunu nəzərə alsaq, hökumətin formalaşması, digər məsələlərin həlli baxımından prezident seçkilərinin aprel ayına təyin edilməsi düşünülmüş və düzgün addımdır".

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Milli.Az



Ölkə başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncamı çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, konstitusiyanın norma və prinsiplərinə tamamilə uyğun olan bu qərar çox mühüm hüquqi, siyasi məsələlər nəzərə alaraq verilib.

Ardını oxu...




Azərbaycanın hüquq müdafiəçisi Əhməd Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz etiraz aksiyası keçirib.

Ardını oxu...




Milli Məclisin deputatı Rasim Musabəyov öz “Facebook” səhifəsində Ermənistan hökumətinin birinci şəxslərinin ölkədəki iqtisadi vəziyyətdə bağlı yalan bəyanatlarını ifşa edən status paylaşıb.

“Ermənistanın baş naziri Karen Karapetyan Davosda – Dünya İqtisadi Forumunda investorları çəkinmədən ölkəsinə investisiyalar qoymağa çağırıb. O, bunu Ermənistan iqtisadiyyatının yaxşı vəziyyətdə olması ilə əsaslandırıb. 2017-ci ilin yekunlarına görə, ÜDM 7%, sənaye istehsalatında 12%, xidmət sektorunda 14%, ixracda 23.5% və idxalda 28% artım elan olunub”.

“Ancaq rəsmi statistika nədənsə artımın mis və molibdenin münasib qiymət konyunkturası, həmçinin dövlət borcunun çoxalması hesabına baş verdiyini göstərmir. Axı bu çağırışlara baxmayaraq, nə xarici investorlar, diaspora, nə də yerli “qolçomaqlar” Ermənistana yatırım qoymağa tələsmir. Ermənistan iqtisadiyyatı kağızda yüksəlişdə olsa da, əslində, ölkənin bazarı kiçilir, əhalinin gəlirləri azalır, daxili ticarət dövriyyəsi həm pul, həm də fiziki baxımdan geriləyir, dövlət borcu isə 15 faizə qalxıb. Bu ölkənin vətəndaşları heç bir ümid yeri olmayan yoxsulluğa qərq olublar və çıxış yolunu ölkədən köçməkdə görürlər. Ermənistanın ikimənalı iqtisadi statistikası bundan ibarətdir”, - deyə Musabəyov bildirib.






Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi-demokratik islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilir.

Bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı deyib.

Fuad Ələsgərov respublikamızda ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu qeyd edib. O, eyni zamanda, aidiyyatı Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyini nəzərə çatdırıb.


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov