Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, dekabrın 5-də ABŞ senatorları Robert Menendes və Ted Kruz üçüncü dəfə Senata erməni soyqırımının tanınması haqqında qətnamə təqdim ediblər.
Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərləri barələrində seçilmiş həbs qətimkan tədbiri uzadılıb.
Moldovanın hökumət üzvləri Xarici İşlər Nazirliyinin baş katibi Yevgeni Revenko tərəfindən bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan görüşü 3 saat yarımdan çox davam edib.
Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə “dəvət edib”.
Bakutel-2019” Yubiley Sərgisində iştirak edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan sərgi çərçivəsində xarici hökümət rəsmilərinin VİP turunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçılarının təqdim etdiyi stendlə tanış olub.