Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, dekabrın 5-də ABŞ senatorları Robert Menendes və Ted Kruz üçüncü dəfə Senata erməni soyqırımının tanınması haqqında qətnamə təqdim ediblər.
Ancaq Şimali Dakota senatoru Kevin Kramer "bu gün qətnamənin qəbul edilməsinin arzuolunmaz olduğunu" bildirərək qətnaməni bloklayıb.
"Mən hər həftə bu sənədlə burada çıxış etmək niyyətindəyəm"- Menendes deyib.