“Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi, demək olar ki, artıq hazırdır.
Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Onun sözlərinə görə, qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq:
“Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Eyni zamanda, qanun layihəsi hazırlanan zaman beynəlxalq təcrübə öyrənilib”.