Xəbər lenti


 

Ermənistanın baş naziri, son vaxtlar dəmir alveri ilə gündəmə gələn Nikol Paşinyan İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində Azərbaycan ordusunun zabiti Ramil Səfərovdan bəhs edib. 
 
Bizimaz.az: Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Macarıstanda həbs məhkum edilən Ramil Səfərovun Azərbaycanda azadlığa çıxmasını heç cür həzm edə bilməyən Paşinyan, bunu ölkəmizin  tarixə “dəhşətli münasibəti” kimi xarakterizə edib. O, qeyd edib ki, erməni zabitini öldürən R.Səfərovun  Azərbaycanda milli qəhrəman kimi qəbul edilməsi, mənzillə təmin olunması yolverilməzdir və bu, erməniləər olan münasibətdən xəbər verir. 
 
Paşinyan erməni soyadı daşıyan şəxslərin Azərbyacana gələ bilməməsindən də şikayətlənib:
 
“Məsələn, ötən baharda Azərbaycanın paytaxtı Bakıda baş tutan Avropa Liqasının finalında, o vaxt" Arsenal ", indi isə" Roma "nın oyunçusu Henrix Mxitaryan iştirak edə bilmədi. Niyə? Çünki onun erməni soyadı Azərbaycanda böyük bir məsələdir. Soyadını daşıyan köynək geyən avropalı fanatlar polis tərəfindən dayandırılıb. Bir həftə əvvəl bir azərbaycanlı sürücü bir erməni musiqiçinin mahnısını dinlədiyi üçün həbs olundu. Keçən il ABŞ, Rusiya və Türkiyə vətəndaşlarının soyadları erməni soyadlarına bənzər olduğu üçün Azərbaycana girməməsi halları oldu. Bu vəziyyətin Azərbaycan hökumətinin rəsmi siyasəti ilə nə əlaqəsi var? ”
 
Azərbaycanın ünvanına böhtanlar səsləndirən Paşinyan, nədənsə Azərbaycanda minlərlə erməninin yaşadığını, Ermənistandakı acınacaqlı vəziyyətdən usanaraq ölkəsini tərk edən ermənilərin məhz Azərbyacana pənah gətirdiyi, bu günlərdə erməni jurnalistlərinin Bakıya səfər etdiyini “unudur”. Görünür, bunu ona xatırlatmaq üçün ermənilərə layiq olduqları əsl münasibəti göstərməyə ehtiyac var.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana TASS, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində Rusiyaya səfərinin yekunları barədə danışıb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov