Moldovanın hökumət üzvləri Xarici İşlər Nazirliyinin baş katibi Yevgeni Revenko tərəfindən bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.

 

Bizimaz.az qafqazinfo-ya istinadən xəbər verir ki, qərara əsasən, Moldovanın Azərbaycan (Georgi Leuka), Portuqaliya (Dumitru Sokolan) və Estoniyadakı (İnqa İonese) səfirləri Kişinyova qayıdacaq.

Qeyd edək ki, G.Leuka və D.Sokolan dövlət katibi kimi fəaliyyət göstərmək üçün Kişinyova qayıdır. Onların namizədliyi dekabrın 4-də hökumət iclasında təsdiq edilib.

Xatırladaq ki, Leuka 12 mart 2016-cı ildə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək vəzifəsinin icrasına başlamışdı.