MSK-nın iclasında 46 saylı Şirvan şəhər seçki dairəsi üzrə namizədliyini irəli sürən Rəşad Yavər oğlu Camalovun ikili vətəndaşlığının olması ilə bağlı sözügedən DSK sədri tərəfindən daxil olmuş müraciətə baxılıb.
Bu gün Ciddədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN rəhbərlərinin iştirakı ilə növbədənkənar iclas keçiriləcək. Mövzu isə Fələstin, ötən həftə ABŞ prezidentinin açıqladığı “əsrin planı”dır.
Türkiyənin “TRT World” kanalı tərəfindən hazırlanan “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) sənədli filmi Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda nümayiş etdirilib.