Xəbər lenti



28 saylı Sabunçu üçüncü Seçki dairəsində namizədliyi qeydə alınmış Aygün Süleymanlı bu gün əsil fiasko yaşadı
 
Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir.Ölkənin mətbu orqanlarından biri olaraq, aia.az saytı da namizədlərin keçirdikləri kampaniyaları diqqətlə izləyir. Bugünkü müşahidələrimizin nəticəsində isə 28 saylı Sabunçu üçüncü Seçki dairəsində namizədliyi qeydə alınmış Aygün Süleymanlının "seçicilərlə görüşü”nün tamamilə iflasa uğradığının şahidi olduq.
 
Kimsə düşünə bilər ki, biz namizədin uğursuzluğuna sevinirik. Amma bu, qətiyyən belə deyil. Ən azından ona görə ki, Aygün xanımın bu uğursuzluğu tamamilə gözlənilən idi. Təsəvvür edin ki, küçədə getdiyiniz yerdə tanımadığınız, bilmədiyiniz biri sizə yaxınlaşıb ona səs verməyinizi xahiş edir. Reaksiyanız necə olar? Əlbəttə ki, həmin şəxsi rədd edərsiniz. Hə, deyə bilərsiniz ki, hər halda Aygün Süleymanlını cəmiyyətdə Aygün Muradxanlı kimi də olsa, az-çox tanıyırlar. Razıyam, amma bu da var ki, insanlar indi Süleymanlıya səs verməlidirlər, Muradxanlıya yox. Məhz elə bu ikililik də seçiciləri bir qədər çaş-baş salır. Amma əsas bu deyil, əsas budur ki, hal-hazırda, bu xırda material hazırlanan dəqiqələrdə, Aygün Süleymanlı seçicilərinin iştirak etmədiyi görüşü keçirir. Əldə etdiyimiz dəqiq məlumata görə, tədbirə proqnozlaşdırıldığı kimi, 20-25 nəfər deyil, heç 10-15 seçici də qatılmayıb. Təqdim olunan foto-şəkillərdən görünür ki, görüş üçün ayrılmış zal demək olar ki, tamamilə boşdur. Səbəb isə, Aygün xanımın özünün seçkiqabağı təbliğat kampaniyasını rəqiblərinə qarşı anti-təbliğat üzərində qurmağa çalışması, potensial seçicilərinə deyil, bir jurnalist olduğuna görə medianın dəstəyinə güvənməsi və bir də heç kimdə maraq doğura bilməmiş seçki platforması təqdim etməsi olub.
 
Həm də bütün bunlarla Aygün xanım Bakı kəndləri sakinlərinin rəğbətini qazanacağını düşünürmüş...
 
aia.az
 

 
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov