Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində qeydə alınmış namizədlərin bu günə olan sayı məlum olub.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, Azərbaycan Milli Məclisinə seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib. Hazırda onlardan 1399 nəfərin namizədliyi qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.