Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

 

Bizimaz.az: BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, partiya bununla bağlı hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Maliyyə hesabatına əsasən, partiyanın xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.