Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri Ankaranın Moskva ilə münasibətlərinin gərginləşməsi dövrünə təsadüf etdi.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərini şərh edərkən deyib.

“Rusiyanın dəstək verdiyi Suriya ordusunun İdlib şəhərinə hücumu zamanı Türkiyə ordusu şəhidlər verdi. Ərdoğan Ankarada olduğu kimi, Kiyevdə də Moskvanın ünvanına xəbərdarlıq mesajları göndərdi. Hadisələrin bu istiqamətdə inkişafı rəsmi Kiyevin maraqlarına cavab verir. Çünki Ukrayna Prezidenti Vladimir Zelenski birinci dəfə Türkiyəyə rəsmi səfər etdikdə Ərdoğan Rusiya mövzusunda ehtiyatlı idi. Ərdoğan bu dəfə isə Ukraynaya istənilən dəstəyi verməyə hazır olduğunu bildirdi.

Birincisi, Ərdoğan gur səslə dedi ki, Krımın işğalını qəbul etmir və Ankara birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə prezidenti Ukrayna ilə münasibətlərdə Krım tatarları amilinin də Ankara üçün önəmli olduğunu vurğuladı. Təsadüfi deyil ki, Ərdoğan Kiyevdə Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə ayrıca görüşdü. Vladimir Zelenski Ankaranın tatarlara həssas yanaşmasını əlində rəhbər tutaraq, Ərdoğandan Rusiyanın həbs etdiyi bir qrup Krım tatarının həbsdən azad olunmasında dəstək istədi.

İkincisi, Türkiyə Ukrayna ilə iqtisadi əlaqələri genişləndirməyi hədəfləyir. Hazırda iki ölkə arasında ticarət mübadiləsinin həcmi 4 milyard dollardır. Ərdoğan bu rəqəmdən narazıdır və ticarət mübadiləsinin həcmini 10 milyard dollara çatdırmağı hədəfləyir. Ərdoğan Kiyevdəki çıxışında Ukraynada Türkiyə şirkətlərinə fəaliyyətləri üçün münbit şərait yaratdığına görə Zelenskiyə təşəkkür etdi. Türkiyənin Ukraynaya yatırımları 3 milyard dollar civarındadır. Zelenski Ukrayna bazarını Türkiyənin müxtəlif şirkətlərinə açmağa hazırdır. Yeri gəlmişkən, Ukrayna prezidenti eyni sözləri Azərbaycana rəsmi səfəri zamanı Bakıda da demişdi. Türkiyə kimi Azərbaycan da Ukrayna bazarına maraq göstərir. Ərdoğanın Kiyevə səfərindən bir neçə gün əvvəl Ukrayna paytaxtında Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının üzvləri toplanmış, ortaq layihələri müzakirə etmişdilər.

Üçüncüsü, Türkiyə Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir. SSRİ dövründən Ukraynanın hərbi-sənaye kompleksi müxtəlif məhsulları ilə məşhurdur. Türkiyə bu məhsullara maraq göstərir. Bundan başqa Türkiyə Ukraynanın hərbi zavodlarına yatırım qoymağı da düşünür. İki dövlət Qara dəniz hövzəsinin təhlükəsizliyinin artırılması məqsədilə əməkdaşlığı genişləndirəcək.

Dördüncüsü, Ərdoğan Zelenskiyə təklif etdi ki, gələcəkdə Ukrayna Türkiyə üzərindən Azərbaycan qazını alsın. Ərdoğanın fikrincə, Ukrayna üçün Azərbaycan qazı Rusiya qazını əvəz edə bilər. Maraqlı təklifdir. Buna qədər Azərbaycan qazının TANAP boru xətti ilə Ukraynaya satılması müzakirə edilmirdi. Ərdoğan bu müzakirələrə start verdi”, - politoloq qeyd edib.

E.Şahinoğlu vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın Kiyevdəki açıqlamaları və təklifləri Kremlin xoşuna gəlməyəcək:

“Ancaq bu Rusiyanın problemlidir. Kremlin müttəfiqi Belarus prezidenti Aleksandr Lukaşenkonun Amerika ilə yaxınlaşması və Minskdə dövlət katibi Mayk Pompeonun qəbulu da Moskvanın xoşuna gəlmir. Ancaq bu, Minski narahat etmir. Lukaşenko lazım gələrsə, ABŞ Prezidenti Donald Trampı da Minskdə qəbul edəcəyini bildirib. Rusiyadan asılı olan Minsk müstəqil qərarlar həvəs göstərirsə, Türkiyənin regional maraqlarını nəzərə almayan Ankara niyə Kremlə boylanmalıdır?”

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov