Azərbaycanda səfərdə olan zaman yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın və partiyanın istanbullu deputatı Şamil Ayrımın son vəziyyəti məlum olub.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezienti Fuat Oktay özünün tvitter hesabında paylaşım edib.
F.Oktay Binəli Yıldırım və Şamil Ayrımı xəstəxanada ziyarət edib və vəziyyətlərinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb.