Xəbər lenti


Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”

“2006 və 2012-ci illərdə Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Hazırda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və bu il oktyabrın 10-da təşkilatın Nazirlər Şurasının 27-ci iclasının məhz Şuşa şəhərində keçirilməsi də ölkəmizin ECO-da yüksək nüfuzundan xəbər verir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək templə inkişaf etdiyini vurğulayıb: “Hazırda Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi ECO-ya üzv ölkələrdən biri də Özbəkistandır. Təşkilatın noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş 16-cı Zirvə toplantısında iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında ölkələrimiz arasında münasibətlərin nə dərəcədə dərin olmasını xüsusi qeyd etmişdir. Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanan güclü müstəqil dövlətlərdir. Ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi bütün Türk dünyasının güclənməsinə xidmət edir. Buna nail olmaq üçün ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının səyləri nəticəsində daha da intensivləşdirilir. Artıq bütün istiqamətlərdə, o cümlədən iqtisadi fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmaqdadır.”

K.Qafarov Azərbaycanın bərpaolunan enerji sahəsində çalışmalarının və bu istiqamətdə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindən kənarda qalmadığını da qeyd edərək deyib: “Bu gün Azərbaycan dövləti ölkənin zəngin neft və qaz ehtiyatlarına sahib olmasına rəğmən, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Təsdiq olunmuş məlumatlara əsasən ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Bu, çox böyük potensialdır və Azərbaycan bu potensialı reallaşdırmaq əzmindədir. Artıq dünyanın bir neçə aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla sazişlər imzalanmışdır və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Beləliklə, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Öz çıxışında bu məsələyə toxunan cənab Prezident İlham Əliyev sammit iştirkçılarının diqqətinə belə bir məqamı da çatdırdı ki, ölkəmizin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2021-2023-cü illər ərzində 170 meqavatlıq hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq və cəmi bir neçə ildən sonra həmin ərazilərdə hidroelektrik stansiyalarının ümumi gücü 500 meqavat təşkil edəcək. Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənməsi faktı da ölkəmizin bərpaolunan enerji sahəsində çalışmalarının təşkilata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini təsdiq edir” .
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
30 Mart 2023 Kamaləddin Qafarov: “31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov