Xəbər lenti

 
Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”

“Qubadlı rayonu ərazisində işğala qədər 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü mövcud olmuşdur. Rayon 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra bütün bu məntəqə və obyektlər erməni vandalları tərəfindən talan edilmiş və yararsız vəziyyətə salınmışdır.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, mindən artıq kənd təsərrüfatı obyekti, yüz kilometrlərlə avtomobil yolu, 2 su anbarı, rayonun bütün elektrik, qaz və rabitə infrastrukturları tamamilə dağıdılmışdır. “ İşğal dövründə rayonun faydalı qazıntı yataqları qanunsuz istismara məruz qoyulmuş, təbii sərvətlərimiz ermənilər tərəfindən talan edilmişdir. İşğal nəticəsində rayondan otuz min nəfər məcburi köçkün respublikamızın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Digər tərəfdən, Ermənistan hökuməti beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq işğal dövründə Qubadlı ərazisində qeyri-qanuni məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri rayonun Xanlıq kəndində qanunsuz olaraq yerləşdirmişdi.”

K.Qafarov 2020-ci ilin 25 oktyabr tarixinin 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi olduğunu vurğulayıb: “Ermənilər Qubadlının geostrateji əhəmiyyətini düzgün qiymətləndirmişdilər. Buna görə də düşmən rayonun müdafiə xətti boyunca güclü istehkamlar qurmuş, şəhəri əhatə edən yüksəkliklərdə öz hərbi birləşmələrini yerləşdirmişdi. Ordumuzun Qubadlı əməliyyatında ilk növbədə şəhərə hakim olan yüksəkliklər, daha sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi . Oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 nəfər hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən edilib.”

Daha sonra K.Qafarov digər azad edilmiş rayon və bölgələrimiz kimi, Qubadlıda da irimiqyaslı bərpa-yenidənqurma işlərinin aparıldığını vurğulayaraq deyib: “Bu gün Qubadlı rayonunda möhtəşəm yenidənqurma işləri böyük vüsətlə davam etdirilir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Ölkə Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş Qubadlıya bir neçə dəfə səfər edib. Bu səfərlərdən birincisi tarixi Qələbəmiz əldə olunan il, dekabr ayının 23-də baş tutub. Həmin gün cənab Ali Baş Komandan Qubadlıda Azərbaycan bayrağını ucaldıb. Növbəti səfərlər zamanı dövlət başçısı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının açılış mərasimində, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında, Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində və bir çox digər mühüm tədbirlərdə şəxsən iştirak edib, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Cari ilin may ayının 4-də isə cənab Prezident Qubadlıya etdiyi növbəti səfəri çərçivəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. Möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş rayonlara səfərləri zamanı qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası yerində yoxlanılır, yeni açılışlar və təməlqoyma mərasimləri reallaşdırılır. Xalqımız əmindir ki, Şərqi Zəngəzurun cənnətə çevriləcəyi gün uzaqda deyildir.”
 
 
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
30 Mart 2023 Kamaləddin Qafarov: “31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir”
29 Mart 2023 Kamaləddin Qafarov: “Siyasi dialoq günün labüd reallığıdır”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov