Avqustun 1-də Ümumdünya Qızıl Şurasının (World Gold Council) açıqladığı dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının reytinqində Azərbaycan yer almayıb.
Ukraynanın “Ukrtatnafta” şirkətinin Kremençuq neft emalı zavodu üçün nəzərdə tutulmuş 70 min ton Azərbaycan neftini daşıyan “Gstaad Grace” tankeri Odessa limanında boşaldılmanı başa çatdırıb.
2019-cu ilin birinci yarısında Azərbaycanın investisiya qiymətli kağızları bazarında ümumilikdə 8 176,3 mln. manat həcmində əməliyyat aparılıb. Bazarın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb.
"Bu günə Azərbaycan Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti var. Əgər həmin vəsait bazara çıxsaydı, manatın məzənnəsi xeyli möhkəmlənərdi".