Xəbər lenti



Ləğv olunmuş "DəmirBank" ASC tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinə xidmətin həyata keçirilməsinin mümkün olmaması səbəbindən bankla bağlanmış Xidmət müqaviləsinin şərtlərinə əsasən bankda xidmət olunan ipoteka kreditləri portfeli 2017-ci il dekabrın 27-dən "Muğanbank" ASC, "Günay Bank" ASC, "Rabitəbank" ASC və "NBC Bank" ASC-yə ötürülüb.

Azərbaycan İpoteka Fondundan Trend-ə verilən məlumata görə, xidmət üçün ötürülən portfelin həcmi 37,2 mln.manatdır (1170 borcalan).

Hazırda portfelin ötürülməsi prosesi tam başa çatıb və qeyd olunan müvəkkil banklar tərəfindən xidmətə başlanılması ilə bağlı zəruri işlər tamamlanıb.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib.




Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ardını oxu...




Fazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından bir həftəyə yaxın vaxt keçir. Bu müddətdə nazirlik sistemində kadr baxımından hələ ki hansısa dəyişikliklər qeydə alınmayıb. 

Ardını oxu...



Dünyanın qiymətli metalların satışı üzrə ən böyük onlayn mağazası olan "Apmex" ödəniş vasitəsi kimi bitkoini qəbul etməyə başladığını açıqlayıb. 

"Report"un "Vesifinance.ru"ya istinadən verdiyi xəbərə görə, bitkoinin qiymətinin artması onun gündəlik həyatda istifadə edilməsinə səbəb olub.

Qeyd edək ki, getdikcə dünyada bitkoin və blokçeyn texnologiyaları geniş yayılır. Avstraliyanın ən iri bankı - "Westpac" blokçeyn vasitəsilə istiqraz emissiyasına hazırlaşır. Həmçinin Rusiyada "Raiffeisen Bank" və "MeqaFon"un rubl istiqrazları yerləşdirdiyi bildirilir.

Qeyd edək ki, bir çox əməliyyatın paylanan reyestr sistemində həyata keçirilməsi asanlaşıb və maliyyə bazarları bundan istifadə etməyə başlayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov