"Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma ərəfəsindədir".
Bizimaz.az: Bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib.
Nazir bildirib ki, bu, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsindən xəbər verir: "Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır. Birlikdə həyata keçirdiyimiz layihələr regionun təhlükəsizliyini və sabitliyini artırır".
Nazir qeyd edib ki, son zamanlar Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri daha da sıx xarakter alıb: "Bu, hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradır".(apa)