İran milli valyuta olan rialdan 4 sıfırı ataraq tümənə keçir.
Məlumata əsasən, İran hökuməti Mərkəzi Bankın bu təklifini qəbul edib.
Layihəyə əsasən, rialdan 4 sıfır silinəcək, beləliklə, hazırkı 10 min rial bir tümən olacaq. Bir tümən isə yeni tədavülə buraxılacaq 100 riallıq əsginaslara uyğun olacaq.
Bu barədə Mərkəzi Bankın rəsmi məlumat yayacağı gözlənilir.