Ukraynanın “Ukrtatnafta” şirkətinin Kremençuq neft emalı zavodu üçün nəzərdə tutulmuş 70 min ton Azərbaycan neftini daşıyan “Gstaad Grace” tankeri Odessa limanında boşaldılmanı başa çatdırıb.
Gəmi Odessaya avqustun əvvəllərində Gürcüstanın Supsa limanından yola salınıb.
“MarineTraffic” portalının məlumatına əsasən, bu gün səhər gəmi Odessa limanın tərk edib.
Xatırladaq ki, 2016-cı ilin sonunda “Ukrtatnafta” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq neft emalı zavodunda emal edilməsi üçün illik 1,3 mln. ton Azərbaycan neftinin tədarükü ilə bağlı müqavilə imzalayıb. 2017-ci ildə tədarük edilən neftin həcmi 950 min ton, 2018-ci ildə isə 670 min ton təşkil edib. (Report)