Avqustun 1-də Ümumdünya Qızıl Şurasının (World Gold Council) açıqladığı dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının reytinqində Azərbaycan yer almayıb.
Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikasının əks olunduğu hesabatda Azərbaycanın reytinq cədvəlində yer almamasının səbəblərini göstərib.
Fondan bildirilib ki, Ümumdünya Qızıl Şurası ölkələrin qızıl ehtiyatları barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir və bu statistika özündə, əsasən, Maliyyə Nazirliyi və Mərkəzi banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını özündə birləşdirir. Bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb.
Qeyd olunub ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq 30 iyun 2019-cu il tarixinə Fondun investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir:
“Nəzərinizə çatdırırıq ki, ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar Fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır”.
istinad