Xəbər lenti



“FED-in qərarından sonra avro 1.10 dollaradək ucuzlaşıb”.
Bizimaz.az: BAKU.WS 
xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov bildirib.

FED-in baza faiz dərəcəsini 25 bənd azaltmasını şərh edən iqtisadçıya görə, yeni qərar bir sıra ciddi dəyişikliklərə səbəb olacaq. Lakin bütün hallarda dollar az riskli valyuta olacaq:

“ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq, illik 2-2,25% səviyyəsinə endirib. FED-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib.

Birincisi, investorlar 50 bənd azalmanın olacağını gözləsələr də, FED 25 bəndlə kifayətləndi. İkincisi, FED-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi.


Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib.

Üçüncüsü, bir sıra Mərkəz Bankların o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalmalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir”.

FED-ın qərarından sonra avronun ucuzlaşmasına münasibət bildirən V.Bayramova görə, bu ucuzlaşmanın digər səbəbi Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalamaları ilə bağlıdır:

“Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunun ucuzlaşdırmadı.

Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yenə də ən az riskli valyuta hesab olunur”.

FED-in qərarının milli valyutamıza təsirinə gəlincə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır:

“İndiki məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır.

İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu, həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq”. 
02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov